Özəl:

Klyarda brokkoli resepti



Klyarda brokkoli resepti
Klyarda tərəvəzlər son vaxtlar çox populyardır. Həm də onu özünüzlə işə, piknikə, yola götürmək rahatdır, lap mini-buterbrodlar kimi. 

Tərkibi: 
400 q dondurulmuş brokkoli
120 q un 
150 q mineral su
1 yumurta
1 diş sarımsaq 
qara istiot
1 st. bitki yağı
0,5 ç.q. qabartma tozu

Hazırlanması:

Təzə brokkoli də istifadə edə bilərsiniz. Əsas odur ki, o, suda tam bişməlidir. 
Dondurulmuş brokkolini isə donunu açmadan qaynayan suya salın, qaynara düşəndən sonra 3 dəqiqə bişirin, bu müddətdə bir ləyənə soyuq su tökün. İmkan olarsa, içinə buz parçaları da salın. 
Qaynayan brokkolinin suyunu süzün və dərhal da soyuq su olan qaba yığın (kəfkirlə də edə bilərsiniz). Sonra aşsüzənə yığın, suyu çəkilsin. 
Yumurtanın ağını sarısından ayırın (ağda sarı qətiyyən qalmasın). Mikserlə möhkəm çalın. 
Sarımsağı təmizləyib çox xırda doğrayın, yaxud sarımsaqəzəndən keçirin. 
Kasada mineral suyun yarısını, unu, yumurta sarısını, qabartma tozunu, sarımsağı, duz və istiotu qarışdırın, qarışdıra-qarışdıra mineral suyun qalanını da əlavə edin, amma çox qarışdırmayın ki, içindəki havanı "öldürməyəsiniz". Çalınmış yumurta ağlarını əlavə edin, qaşıqla səliqə ilə qarışdırın. 
Brokkoliləri çəngəllə götürüb klyara batırın, sonra 2 barmaq qalınlıqda yağ töküb qızdırdığınız ensiz, dərin tavada orta itilikli odda qızardın. (Soyuq yağa salmayın). 
Hərtərəfli qızardıqdan sonra kəfkirlə götürüb kağız salfetlərin üzərinə düzün. 

Nuş olsun!
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər