Özəl:

Meyvəli dondurma



Meyvəli dondurma
Tərkibi:
100 qram istənilən meyvə( kompotdan çıxarılmış da ola bilər)
Vanilin
250 qram süd
Yarım çay qaşığı nişasta
1 yumurtanın sarısı
1 çay qaşığı şəkər
50 qram portağal şirəsi
3 xörək qaşığı limon şirəsi
1 xörək qaşığı püstə

Hazırlanması:
Çəyirdəksiz meyvələr blenderdə xırdalanır. Sonra meyvə pürəsinin üzərinə süd əlavə edilərək, qaynadılır. Nişasta 1 xörək qaşığı suda həll edilərək, isti-isti meyvəli südlü qarışığın içinə əlavə olunur və qaynadılır. Qarışıq otaq temperaturuna qədər soyudulur. Yumurta sarısı şəkərlə çalınır, sonra südlü qarışıq portağal və limon şirəsi ilə birgə onun üzərinə əlavə olunur. Alınan kütlə paslanmayan formalara tökülərək, soyuducuya qoyulur. O, 5 saat buzxanada saxlanılır və mütəmadi olaraq qarışdırılır. Hazır dondurmanın püstə ilə bəzəmək, təzə meyvə və yaxud mürəbbə ilə yemək olar....

Nuş olsun!

loading...
Offline
  • Şərh №: 1
  • 4 may 2015 17:52
  • Xəbər sayı: 7
  • Şərh sayı: 373
Ele biraz olardi ailemle dondurma yeyerdik.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər