Özəl:

Karamelli bananla dondurma resepti



Karamelli bananla dondurma resepti
Tərkibi (4 pay): 
3 yetişmiş banan 
375 ml süd
70 q qəhvəyi şəkər tozu (adi də olar)
1 çimdik duz
1 x.q. vanilli şəkər tozu 
1 x.q. kərə yağı
1 ovuc qoz 
1 neçə damcı limon şirəsi (zövqə görə)
karamel sousu (zövqə görə)

Hazırlanması:

Qalın dibli tavada yağı əridin, şəkər tozu və bananı əlavə edib qızardın, şəkər tozu əriyəndən sonra ocağı azaldıb banan karamelləşənədək bişirin (bananların rəngi tündləşəcək, şərbəti hopduracaq). 
Karamelləşmiş bananı blenderlə püre halına salın, süd, vanilli şəkər tozu, duz, limon şirəsi əlavə edib bir daha blenderdə qarışdırın.
Soyuducuda 2 saat (ən yaxşısı bir gecə) saxlayın. 
Qozu həvəngdə döyün (həm öncə, həm də sonra əlavə edə bilərsiniz).
Dondurma maşınında 20 dəqiqə hazırlayın. Əgər belə aparatınız yoxdursa, əvvəlcədən dondurma qablarını soyuducuda dondurun, kütləni içinə paylaşdırıb 2-3 saat, yaxud bir gecə dondurucuda saxlayın (saatda bir dəfə qaşıqla qarışdırın). 
Bərkiyəndən sonra dondurucudan çıxarıb 30 dəqiqə soyuducuda saxlayın. Bu dondurma digər ev dondurmaları kimi tez əriyib suya dönmür. Çünki tərkibindəki banan buna imkan vermir. 
Süfrəyə karamel sousu və qozla verə bilərsiniz.
Karamel sousu: 4 dolu x.q. şəkər tozu, 4 x.q. kərə yağı, 40 ml yağlı qaymaq. Qalın dibli tavaya şəkər tozunu nazik qat yayın. Ocağın üzərinə qoyun. Əriyən kimi yağ qatıb səliqəylə qarışdırın. Yağ əriyəndə qaymağı əlavə edib qarışdırın, ocaqdan götürün. 
Hazır karamel sousundan da istifadə edə bilərsiniz.

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 5 may 2016 14:32
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Dondurma cox sevirem

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər