Özəl:

Dondurmalı sandviçlər



Dondurmalı sandviçlər
Tərkibi:
1 paket krem şanti
1 stəkan süd
3 top qarağatlı və qaymaqlı dondurma
1 stəkan damla şokolad
12 ədəd yulaflı peçenye

Üzəri üçün:
1 ədəd tünd şokolad (80 qram)
2 yemək qaşığı krem
1 stəkan iri döyülmüş fındıq
5-6 ədəd çiyələk

Hazırlanması:
Krem şantini südlə çırpın və dondurmanı əridib üçün içərisinə qatın. Damla şokoladı əlavə edib qarışdırın. 6 ədəd yulaflı peçenyeni düz bir zəminə qoyub hazırladığınız qarışığı üstlərinə yayın. Qalan peçenyeləri bunların üstünə örtüb buzluqda 1 saat saxlayın. Üzərini bəzəmək üçün şokoladı əridin. İçinə kremi qarışdırıb peçenyenin üstünə bir qaşıq ilə 2-3 qat sürün. Sendviçlərin kənarlarını fındığa bulayın. Bu dəfə soyuducunun normal qisminə qoyub 2-3 saat saxlayın. Çiyələklə bəzəyərək servis edin.

Nuş Olsun!

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər