Özəl:

Əlimizdə gəzdirdiyimiz təhlükə



Əlimizdə gəzdirdiyimiz təhlükə
Fikir vermisinizsə, artıq heç kim telefonu əlindən yerə qoymur.
Ağıllı telefonlar hər birimizdə bir asılılıq yaradıb.  Ancaq çox istifadə etsəniz, anidən baş barmağınız kilidlənə bilər. Gündə üç saatdan çox ağıllı telefon istifadə etmək əl tendonlarında sıxılmaya və barmaqlarda kilidlənməyə yol açır.
Son illərdə tətik barmaq xəstəliyinə daha sıx rastlandığını deyən mütəxəssislər ağıllı telefonların səbəb ola biləcəyi ciddi təhlükə ilə bağlı xüsusən gənclərə xəbərdarlıq edir.
Barmaqlarımızın hərəkətlərini təmin edən tendonlar qolumuzdakı əzələlərimizin uc qisimləridir və əzələlərin sümüklərə yapışmasını təmin edir. Tendonlar ip şəklində toxumalardır. Tendon adı verilən bu iplər sağa-sola hərəkət etməsin deyə halqa şəklindəki toxumalarla əhatəlidirlər. Bu toxumaların fərqli səbəblərdən qalınlaşması tendonu sıxır və düyün yaranmasına səbəb olur. Çox hərəkət zamanı bu düyün halqa içindən keçir və barmaq açılır. Tətik barmaq adlanan bu hal barmaqların çox istifadəsi zamanı ortaya çıxır.
Tətik barmaq halının yaranmasının ən əsas səbəbi də barmağı və barmağa bağlı tendonun çox istifadə edilməsidir. İndidə yolda, işdə, evdə, hətta dostlarla görüşdə əlindən telefon düşürməyən insanlar çoxdur.
Ən çox baş barmaq təhlükədədir
Telefonla oyun oynayarkən, ya yazı yazarkən daha çox istifadə edilən baş barmaq çox yorulur. Əldə və ovuc içində uzun müddət tutduğumuz telefonlar tətik barmaqdan dolayı insanın yaşadığı problemləri daha da gərginləşdirir.
Gənclər risk altındadır
Hər birimiz gündəlik olaraq telefon və kompüterdən istifadə edirik, ancaq daha sıx istifadə edən gənclərdir.
Tətik barmaq probleminin yaranmasının ilk əlaməti barmaqda ağrı və zoqquldamadır. Laqeyd yanaşılsa, əl və barmaqda hərəkət itkisinə yol açar.
Tətik barmaq halını əngəlləmək üçün barmaqları çox yükləməmək, gündə mümkündürsə, 3 saatdan çox telefon istifadə etməmək lazımdır.
Əl və barmaqlar dincəldilməli, əldə ağrı varsa, buz kompresi edilməlidir.
Barmaqlar çox və sürətli istifadə edilməməlidir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər