Özəl:

Porno videolar çəkənlərə "Google"-dən qeyri-adi zərbə



Porno videolar çəkənlərə
"Google” daha sizin pornolarınızı yaymayacaq

Ölkəmizədə gənc qızlarla yaxınlıq edən "kişi”lərin sonradan onların görüntülərini sosial şəbəkələrdə, saytlarda yayması halları kifayət qədər artıb. Bu cür hallarda demək olar indiyədək onlarla qadın intihar edib, ailəsi tərəfindən təzyiqlərə məruz qalıb. Bundan başqa, iş adamlarını təhdid etmək, pul almaq və bir çox məqsədlərlə bu yola əl atanların sayı dünya səviyyəsində daha çox, bundan əziyyət çəkən adamlar isə saysız-hesabsızdır. Bütün bu halların qarşısını almaq üçün indiyəcən heç bir ciddi tədbirlər görülməmişdi. Bu sahədə ilk addım "Google” axtarış şəbəkəsindən gəldi.

Dünyanın ən çox istifdə olunan axtarış şəbəkəsi "Google”, intiqam məqsədi güdən porno saytlarına qarşı hərəkətə keçb. Belə ki, "Google” qisas məqsədi ilə paylaşılan porno görüntülər olan saytları yaddaşından siləcək.

"Google” porno qisasının qurbanlarına çevrilmiş şəxslərə aid materialların silinməsi üçün sorğu göndərmə imkanı yaradan xüsusi forma tətbiq edəcək.

Qeyd edək ki, bu tip porno görüntülər saytlarda "reveng porn” adı ilə yayılır.  "Revenge porn"  tərəflərdən birinin razılığı olmadan seksual xarakterli foto və video materialları ictimaiyyətə təqdim edilir. "Google” da əsasən bu tipli pornolar yayan saytları vurmaq üçün yeni proqram belə istifadəyə verib. Sözügedən xüsusi proqram hazırda şəxsi məlumatlar (şifrələr, bank hesabları və s.) üçün keçərlidir.

Ümumiyyətlə, ölkəmizdə qanuni olmasa da porno saytları olduqca geniş istifadəçi kütləsinə  sahibdir. Hətta bu cür saytların çoxu ödənişli üzvlük sistemiylə işləyir və üzvlükdə VİP  seçimlər də var. Təbii ki,  porno sektorunun da diqqət etməli olduğu prinsiplərə uymalıdır. Bu qaydalardan ən önəmlisi isə, şəxsin görüntülərinin öz istəyi olmadan yayılmasıdır. "Google” da həvəskar və gizli çəkiliş olaraq qəbul etdiyimiz videolar yayan bu tərz videolardan əmələ gələn " revenge por”,  yəni intiqam pornosu yayımlayan saytlara qarşı mübarizə aparmağa başlayıb.

Videoları adətən dalaşıb ayrılan sevgililər yayımlayır

İntiqam pornosu yayanlar, ümumiyyətlə bir-birlərindən intiqam almaq istəyən cütlüklərdir. Ədəbsiz görüntülərini saytlara yükləyərək bir-birindən bu cür intiqam alırlar...

Bir çox ölkələrdə bu tip videolar qadağan olunub.  Lakin bu məsələlərdə məhkəmə işləri yavaş işlədiyi üçün saytların bağlanması uzun  zaman alır. İnternet səhifəsini bağlamaq işi hər yerdə o qədər də sərtləşdirilmiş qərarlarla həyata keçirilmir. Keçən bu zaman ərzində də, onsuz da zərərçəkmiş  qadınlar üçün iş işdən keçmiş sayılır...

"Google”un bu yeni proqramı başlatmaqda məqsədi elə bu vəziyyətdə çarəsiz qalan insanlara yardım etmək və porno saytlarının qarşısını almaqdır. "Google”un bu istiqamətdə atdığı ilk addımlardan biri bütün intiqam pornosu videolarını siləcəyini açıqlaması ilə başladı. Yəni intiqam pornosu olan bir saytın adını "Google”da axtarışa versəniz də tapmağınız mümkün olmayacaq. Sistemin sağlam işləməsi üçün şikayət formu tərzində proqram da hazırlayan Google, öz çalışmaları ilə yanaşı istifadəçilərindən gələn şikayətləri də dəyərləndirəcəyibi açıqlayıb.

Normal porno saytlarına da təsirsiz ötüşməyəcək

Sadəcə intiqam pornosu yayımlayan porno saytları yox, bunlarla yanaşı, gizli və həvəskar çekiliş tərzindəki porno tərkibli görüntülər yayan saytların da bağlanması gündəmdədir.

Əgər saytlar "Google” yaddaşından birdəfəlik silinmək istəmirsə, bu tərz videoları saytdan təmizləməlidirlər.
loading...
Offline
  • Şərh №: 1
  • 23 iyun 2015 17:40
  • Xəbər sayı: 0
  • Şərh sayı: 73
Te2ekkurler

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər