Özəl:

Android-dən iOS-a keçid asanlaşacaq



Android-dən iOS-a keçid asanlaşacaq
Apple şirkəti Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğu istifadəçilərinin iOS sistemi ilə işləyən iPhone və iPad modellərinə keçidini asanlaşdıracaq xüsusi Move to iOS əlavəsini istifadəyə verib. 

YeniQadın.Biz bildirir ki,  əlavə istifadəçilərin iyulda beta-test rejimində yararlana biləcəyi iOS 9 əməliyyat sistemi ilə birlikdə yayılacaq. Hazırda Move to iOS-un ayrıca versiyasının Android üçün proqram təminatlarının yerləşdirildiyi Google Play onlayn mağazasına nə vaxt əlavə olunacağı məlum deyil.
 
ABŞ istehsalçısının məlumatına görə, əlavə simsiz rabitə ilə Android qurğudakı bütün məlumatların (kontaktlar siyahısı, fotoşəkillər, poçt məlumatları və brauzer tab-vərəqələrini) surətini çıxararaq onları iPhone və ya iPadə köçürür. Bundan başqa, Apple onlayn mağazasında Android üçün olan pulsuz əlavələrin analoqları (məsələn, Facebook) yüklənmə üçün tövsiyə olunan siyahıya, pullu olanlar Wish List siyahısına (arzu olunanlar) daxil edilir.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər