Özəl:

"Google"dan maraqlı yenilik



Texnologiya nəhəngi "Google" daha bir yeniliyə imza atmaq niyyətindədir.

YeniQadın Biz-in məlumatına görə, şirkət axtarış saytına çox yaxın zamanda "satın alma" düyməsini əlavə edəcəklərini elan edib. "Google"un "satın alma" düyməsilə (Buy Now) internetdən alış-veriş etmək daha asan və daha əyləncəli olacaq.

Satın alma düyməsinin xüsusiyyətlərindən ən əhəmiyyətlisi odur ki, istifadəçilər bir neçə internet saytı ziyarət etmədən məhsulu satın ala biləcəklər. Alış-veriş düyməsinə basmaqla məhsulun ölçüsü və rəngini rahatlıqla müəyyən etmək mümkün olacaq.

Pərakəndə olaraq satın alınan məhsullar birbaşa alıcıya göndəriləcək. Beləcə "Google" çox sayda istifadəçinin alış-veriş ünvanına çevriləcək.

Son zamanlar axtarışda olan şirkət gəlirini artırmaq üçün bu cür yeniliklər tətbiq etməyə başlayıb.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər