Özəl:

Sosial şəbəkələrdə parollar dəyişdiriləcək



Sosial şəbəkələrdə parollar dəyişdiriləcək
Hindistan və ABŞ alimləri tərəfindən brauzer tarixçəsinə və sosial şəbəkələrdə aktivliyə əsaslanan parolları əvəz edəcək yeni autentifikasiya sistemi hazırlanıb. Sistem sayəsində smartfonda bu və ya digər xidmətdən, məsələn, mobil pul kisəsindən istifadə etmək üçün bir neçə sualı cavablandırmaq kifayət edəcək.

ANS PRESS-in məlumatına görə, bütün suallar istifadəçinin əvvəlki aktivliyi ilə əlaqədar olacaq. Məsələn, servis bu gün səhər kimdən SMS-bildirişin alınmasını soruşa bilər. Sistemin soruşduğu informasiya unikal və qeyri-adidir ki, bu da saxtalaşdırmanı çətinləşdirir.

"ActivPass" adlanan servisi artıq 70 nəfər sınaqdan keçirib. Autentifikasiyanın dəqiqliyi 95 faizə çatır. Bunun üçün istifadəçilərin "Facebook" sosial şəbəkəsində aktivliyi haqqında məlumatlardan, brauzerdə baxış tarixçəsindən, bildirişlər və smartfonlarda həyata keçirilən digər əməliyyatlardan istifadə edilir.

Hakerlər 5 faiz halda proqramı sındıra bilərlər. Hazırda bu təhlükəsizlik səviyyəsi ciddi autentifikasiya sistemləri üçün yetərli deyil. Lakin təhlükəsizlik sahəsində keçiriləcək gələcək tədqiqatlar servisdən ənənəvi parolları əvəzləməyə imkan verəcək.

loading...
Offline
  • Şərh №: 1
  • 7 iyun 2015 13:55
  • Xəbər sayı: 7
  • Şərh sayı: 373
Xebere üçun sağolun bilmirdim

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər