Özəl:

İlk çərçivəsiz smartfon



İlk çərçivəsiz smartfon
"Sharp" şirkəti "Aquos Crystal 2" smartfonunu təqdim edib. Qurğunun əsas özəlliyi çərçivəsiz və suya davamlı olmasıdır. 

"S-PureLED" texnologiyası üzrə yaradılmış ekranın diaqonalı 5,2 düym, təsvir ölçüsü 1280x720 piksel təşkil edir.
YeniQadln Biz bildirir ki,qurğu 1.2 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 400" prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib. Əsas və ön kameralar müvafiq olaraq 8 və 2,1 meqapiksellik matrisə malikdir. Akkumulyator batareyasının tutumu 2030 milliamper/saat təşkil edir. 
Yeni smartfon "LTE", "Wi-Fi 802.11b/g/n", "Bluetooth 4.0", "GPS" və "NFC" kimi  simsiz kommunikasiya vasitələrini dəstəkləyir. Aparata "Android 5.0 Lollipop" mobil əməliyyat sistemi quraşdırılıb.

Qurğu  11 mm qalınlığında su və tozkeçirməz korpusla təchiz olunub. Smartfonun  çəkisi 154 qramdır. 

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər