Özəl:

Apple genişlənir



Apple genişlənir
Kantar Worldpanel ComTech analitik şirkətinin məlumatına əsasən, Avropada iPhone smartfonlarının populyarlığı artmağa davam edir.
 
2015-ci ilin yanvar-martında Avropanın beş ən böyük dövlətinin (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və İspaniya) smartfonlar bazarında iOS mobil platformasının bazar payı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz yüksələrək 20,3 faizə çatıb. Android mobil platformasının bazar payının azalması hesabına Appleın mobil sistemində artım olub.
 
YeniQadın Biz bildirir ki, 2015-ci ilin birinci rübündə iPhone 6 və 6 Plus smartfonları avropalı alıcıların diqqət mərkəzində olub – Kantar Worldpanel ComTech analitik bölməsinin direktoru Karolina Milanezi deyib. O bildirib ki, Avropanın yuxarıda sadalanan ölkələrində Apple qurğularının yeni istifadəçilərinin təxminən 33 faizi iOS platformasına Googleun mobil platformasından keçiblər.
 
Avropada Britaniya bazarında iOS-qurğuların nüfuzetmə səviyyəsi üzrə ən yüksək göstərici qeydə alınıb. Bir ildə burada iPhoneun bazar payı 32,1-dən 38,1 faizədək yüksəlib.

loading...
Offline
  • Şərh №: 1
  • 17 may 2015 12:41
  • Xəbər sayı: 2
  • Şərh sayı: 173
Apple sirketinin en boyukkk terefdarlari ve fanati qardasim sonra da menem)))

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər