Özəl:

Sharp bölməni yenidən quracaq



Sharp bölməni yenidən quracaq
Yaponiyanın Sharp şirkəti smartfon və digər mobil qurğular üçün kiçik və orta ölçülü maye-kristal panellərin (LCD) istehsalı üzrə bölməni ayrıca şirkətə ayırmaq niyyətindədir. Bu halda INCJ dövlət-özəl korporasiyası yeni şirkətə 100 milyard yen (840 milyon dollar) investisiya yatıraraq səhmlərinin 40 faizinə sahib olacaq. Lakin Sharp nümayəndələri bildiriblər ki, bölmənin aqibəti ilə bağlı qərar hələ ki qəbul edilməyib. Bununla belə, şirkət müxtəlif imkanları nəzərdən keçirir və qərarını mayda açıqlayacaq.
 
YeniQadın Biz bildirir ki, 2012-ci ildə INCJ korporasiyası Sony, Hitachi və Toshiba şirkətlərinin bazasında yaradılan Japan Display maye-kristal panellərin istehsalı üzrə bölməsinə dəstək verib. Yeni şirkət smartfonlar, o cümlədən iPhone və digər qurğular üçün panellərin istehsalı ilə məşğuldur. Fevralda Yaponiya mətbuatı Japan Displayin ABŞ-ın Apple şirkəti ilə ölkədə yeni zavodun tikilməsi ilə bağlı danışıqlar aparması barədə məlumat yayıb.
 
Sharpın hesabatına görə, 2014-cü ilin son doqquz ayında LCD panellərinin satış həcmi 7,6 faiz azalıb. Şirkət nümayəndələri bunu valyuta məzənnələrinin dəyişməsi, Çin və Koreya istehsalçıları tərəfindən rəqabətə görə kiçik və orta ölçülü panellərin qiymətinin aşağı düşməsi ilə izah edirlər.

loading...
Offline
  • Şərh №: 1
  • 11 aprel 2015 16:48
  • Xəbər sayı: 7
  • Şərh sayı: 373
Teşekur edirem xebere gore

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər