Özəl:

Mobil internet istifadəçiləri artır



Mobil internet istifadəçiləri artır
2012-ci ildə istifadəçinin mobil internetdə keçirdiyi orta vaxt müddəti gündəlik 74,4 dəqiqə təşkil edibsə, o zaman 2014-cü ilin ikinci rübündə bu göstərici gündəlik 108,6 dəqiqəyə çatıb.
 
YeniQadın.Biz bildirir ki, tədqiqatçılar, həmçinin mobil qurğulardan qlobal şəbəkəyə çıxışın populyarlaşmasını qeyd ediblər: 2011-2014-cü illərdə dünyada mobil internetdən istifadə 36 faiz, halbuki həmin müddətdə masaüstü kompüterlərdən internetə çıxış 10 faiz yüksəlib. 2014-cü ildə internet trafikinin 4 faizi mobil qurğular tərəfindən yaradılırdısa, 2019-cu ilədək mobil internet trafikinin payı 15% təşkil edəcək, J'son & Partners Consulting analitik agentliyinin nümayəndəsi belə hesab edir.
 
Yaxın gələcəkdə mobil məlumatların ötürülməsi üzrə qlobal trafik 57 faiz orta illik artım sürəti ilə inkişaf edəcək. 2014-cü ilin nəticəsinə görə, orta trafikin göstəricisi aylıq 2,5 ekzabayt təşkil edib, 2019-cu ilədək bu göstərici 10 dəfə artaraq aylıq 24,3 ekzabayta çatacaq.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər