Özəl:

36 il əvvəl ilk CD



36 il əvvəl ilk CD
1979-cu il martın 8-də Philips şirkəti Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunda ilk yığcam disk prototipini nümayiş etdirib. Şirkət bu diskin hazırlanmasında lazer texnologiyasından istifadə etmişdi. Belə ki, informasiya lazer vasitəsilə oxunurdu.
 
Bir neçə gün sonra Sony şirkəti də yığcam disk hazırladığını bəyan edib. Sonuncu Philips şirkəti ilə eyni vaxtda informasiyanın saxlanılması üçün yeni və daha etibarlı üsul üzərində iş aparırdı.
 
YeniQadın Biz bildirir ki, ilk təqdim edilmiş yığcam disk prototipləri mükəmməllikdən uzaq olduğuna görə, Sony və Philips şirkətləri səylərini birləşdiriblər. Hər iki şirkətin birgə hazırladığı yığcam diskin diametri 12 santimetr olub və diskə 650 meqabayt tutumunda informasiya yazmaq mümkün idi.
 
Philips və Sony şirkətləri daşıyıcını 1983-cü ilin martında təqdim ediblər. CD pleyerlərin qiyməti baha olduğundan ilk vaxtlar disklərin satış həcmi aşağı olub. Bununla belə, 1988-ci ilədək dünyada 400 milyondan çox yığcam disk satılıb.
 
Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun məlumatına əsasən, CD ilk kütləvi rəqəmli məhsul olub. 2000-ci illərin əvvəllərindən internetin inkişafı və mp3 adlanan rəqəmli formatın yaradılması nəticəsində bu tip daşıyıcıların populyarlığı azalmağa başlayıb.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər