Özəl:

WhatsApp istifadəçiləri təhlükədə



WhatsApp istifadəçiləri təhlükədə
Dünyanın ən populyar messencer proqramı olan WhatsApp-ın proqramlardışma kodunda konstruktiv çatışmazlıqlar və xətalar aşkarlanıb. Proqramdakı "dəlik" nəticəsində hakerlər istənilən istifadəçi barədə konfidensial məlumatları asanlıqla əldə edə bilərlər.

Hollandiyalı proqramçı Maykel Zveerink  bloqunda bildirib ki, WhatsApp istifadəçisinin privatlıq sazlamalarını asanlıqla "sındırmağa" imkan verən bu nöqsandan yararlanan haker bu şəxsin nə zaman onlayn və ya offlayn olduğunu, onun yazışmalarını, yolladığı və ya aldığı fotoları, videoları, səsli mesajları və s. informasiyanı, habelə onun kontakt siyahısında olan şəxslərin adlarını və telefon nömrələrini asanlıqla əldə edə bilər.

Eyni zamanda, haker WhatsApp istifadəçisinin statusunu da izləyə bilər.

WhatsApp istifadəçiləri təhlükədə

Holland proqramçı Maykel Zveerink bu problemləri aşkarlayandan sonra texniki qüsurları aradan qaldırmaq üçün xüsusi proqram hazırladığını, həmin proqramı WhatsApp-ın texniki servisinə yolladığını vurğulayıb.
 
"Bu xətalar nəticəsində Whatsapp istifadəçisi statusu və profilini gizlətməyə çalışsa da, heç nə alınan deyil: haker onun internetdə olduğu vaxtları asanlıqla aşkarlaya bilər. Beləcə, tanımadığınız şəxs sizin privatlıq, konfidensiallıq sazlamalarınızı sadə gedişlə sındıraraq haqqınızda bütün məlumatları əldə edir", - M.Zveerink bloqunda yazıb.
loading...
Offline
  • Şərh №: 2
  • 14 fevral 2015 13:53
  • Xəbər sayı: 1
  • Şərh sayı: 162
WhatsAppda yoxam

--------------------
Offline
  • Şərh №: 1
  • 14 fevral 2015 10:02
  • Xəbər sayı: 20
  • Şərh sayı: 718
WhatsApp girirem.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər