Özəl:

Focebook-dan İNANILMAZ yenilik



Focebook-dan İNANILMAZ yenilik
Yaxın zamanda biz Facebook-dakı video və şəkillərə baxarkən beyin mərkəzimiz araşdırılacaq.

Ən dərin sirləri də bilmək istəyir

Facebook "bina 8" adlı proqram hissəsinə iki yeni iş elanı asıb. Birində "beyin-kompüter interfeysi mühəndisi", digərində isə "sinir görüntüləmə mühəndisi" axtarıldığı deyilir.

Bu qəribə iş sahələri mütəxəssislər tərəfindən Facebook-un artıq istifadəçilərinin düşüncələrini oxumaq istədiyi şəklində şərh olunur.

Facebook ən qaranlıq və ən dərin düşüncələrimizi belə öyrənə biləcək...

Beyin-kompüter mühəndisi nə deməkdir?!

İşə götürüləcək insanların tam olaraq nə edəcəyini biz bilmirik, amma elanda gizli vəzifə açıqlanır.

Bunlardan biri olan kodlaşdırma və "decoding" (kod müəyyən etmə) modelləri də daxil olmaqla bu üsullar vasitəsi ilə beyinin görüntü və elektrofizioloji məlumatlarını anlamaq mümkün olacaq.

İkinci elan üçün işə götürüləcək şəxs isə neyrogörüntüləmə texnologiyalarının inkişafına yönəlmiş bir layihəyə cavabdeh olacaq.

Hər iki şəxs Kaliforniyadakı Menlo Park saytında çalışacaq.

Mark öncədən siqnallar vermişdi

Mark Zukerberq bir müsahibəsində ​​telepatiya sistemi yaratmaq arzusunu dilə gətirib, bunun "son texnologiya" olacağını söyləmişdi: "Bir gün düşüncələri texnologiyanın köməyindən istifadə edərək görə biləcəyimizə inanıram. Yalnız bir neçə şey haqda düşünəcəyik və istəsək, dostlarımız bunu dərhal sınaqdan keçirəcəklər".(yeniqadin.biz)
loading...
  • 15-01-2017, 22:08
  • 704
  • 1
Offline
  • Şərh №: 1
  • 25 aprel 2017 20:10
  • Xəbər sayı: 0
  • Şərh sayı: 5
facebook artıq adi bir sosial şəbəkə olmaqdan çıxıb çox böyük işlərə imza atır

texnologiya çox irəliləyib doğrudanda proqramlar

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər