Özəl:

Facebook daha bir rekord vurdu



Facebook daha bir rekord vurdu
Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-da akkauntların sayı bu ilin 3-cü rübündə daha 60 milyon artıb. Beləliklə, hazırda dünyada 1,55 milyard Facebook istifadəçisi var.
YeniQadın.Biz bildirir ki, amerikalıların internetdə keçirdikləri vaxtın 20 faizi Facebook və İnstagram-ın payına düşür. Facebook-a mobil telefonlardan daxil olanların sayı isə 27 faiz artaraq 894 milyon nəfərə çatıb.
"Uzunamüddətli və orta perspektiv baxımından Facebook ilə İnstagram-ı bir-birlərinə rəqib sanmırıq. Biz başqa kütləvi informasiya vasitələri ilə rəqabət aparacağıq", - Facebook-un baş əməliyyat direktoru Şeril Sandberq deyib.
Facebook-da hər gün 500 milyon insan 8 milyard dəfə videolara baxır.
Sosial şəbəkənin gəlirləri 45,4 faiz artaraq 4,3 milyarda, xərcləri isə 68 faiz artaraq 3 milyard dollara çatıb.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər