Özəl:

WhatsApp-la bağlı Azərbaycandakı problemləri kim yaradır?



WhatsApp-la bağlı Azərbaycandakı problemləri kim yaradır?
Bir müddət öncə WhatsApp proqramında səsli danışıq funksiyası tətbiq olunarkən çoxları sevinmişdi. Proqram sayəsində internet üzərindən olduğu üçün danışıqların ucuz başa gələcəyini düşünürdük. Ancaq zaman keçdi, həmin funksiyanın Azərbaycanda yararsız bir şey olduğu ortaya çıxdı.

Bu günün özündə belə WhatsApp səsli danışıqlarında problemlər yaşanmaqdadır. Xarici ölkədə yaşayan soydaşlarımız bildirirlər ki, səsli danışıqla bağlı heç bir problem yoxdur. İstədikləri zaman WhatsApp səsli danışıq funksiyasından yararlana bilirlər.
Bəs WhatsApp-la bağlı Azərbaycandakı problemləri kim yaradır? Problemlər yeni yarananda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama verərək bildirdi ki, problem onlardan qaynaqlanmır. Mobil operatorlar da WhatsApp proqramının Azərbaycanda istifadəsinə heç bir müdaxilə etmədiklərini bəyan etdilər. Ancaq problem hələ də davam edir. "Sən vurmadın, mən yıxılmadım. Bəs ayağım necə sındı?" misalı yada düşür belə vəziyyətdə.

WhatsApp-dakı problemləri heç kim öz üzərinə götürmür. Ancaq problemlər hələ də davam edir. Odur ki, Milli.Az saytı məsələ ilə bağlı oxucuların fikirlərini öyrənməyə çalışıb. Saytda keçirilən və 2323 nəfərin iştirak etdiyi sorğuda çox maraqlı nəticələr ortaya çıxıb.

Oxucuların 56.8%-i, yəni 1319 nəfər hesab edir ki, WhatsApp-la zənglər Azərbaycanın mobil operatorlarına sərf etmir. Ona görə də proqramın işinə süni əngəllər yaradılır. Respondentlərin 31.9%-i, yəni 740 nəfər "Kaş ki, dərdim edə WhatsApp problemi olaydı" deyir. Oxucuların 5.8%-i (135 nəfər) hesab edir ki, səbəb mobil rabitə sisteminin Qərblə müqayisədə geridə qalmasıdır. 89 nəfər (3.8%) problemlərin servisin özü ilə bağlı olduğunu düşündüyü halda, 40 nəfər isə (1.7%) problemlərin bilavasitə istifadəçilərlə bağlı olduğunu hesab edir.

Teymur Hacıyev

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər