Özəl:

Azərbaycanda niyə lisenziyasız proqramlardan istifadə edilir?



Azərbaycanda niyə lisenziyasız proqramlardan istifadə edilir?
BBC Azərbaycancaya danışan başqa istifadəçilər də bildirib ki, proqramlar bəzən kompüterin qiymətindən də "çox baha" olur.

Qafqazda lisenziyasız proqram istifadəsi (%) BSA
Ölkələr2013201120092007
Azərbaycan85878892
Gürcüstan909195-
Ermənistan86889093
İnformasiya texnologiyaları eksperti Vahid Qasımov digər post-Sovet ölkələri ilə müqayisədə 85 faizi "yüksək rəqəm" saymır.
Lakin o bildirir ki, bu ölkələrdə insanların maddi vəziyyəti lisenziyalı proqramlar almağa "uyğun deyil".
"Vətəndaş kompüteri, tutaq ki, 250 manata alırsa, təkcə əməliyyat sistemini 200 manata almağa imkanı yoxdur. Ofis proqramlarının qiyməti daha da yüksəkdir, orada 400-500 manatdan söhbət gedir. Dizayn üçün lisenziya daha da yüksəkdir, 1000-4000 manat".
BSA-nın hesabatında qeyd edilir ki, Azərbaycanda piratçılıq səviyyəsi 2007-ci ildən bəri 92 faizdən 85-ə enib, lakin ölkənin adı "narahatlıq doğuran" ölkələr sırasında qalmaqdadır.
"Azərbaycan höküməti əqli mülkiyyət olan proqram təminatının lisenziyasız istifadəsinə qarşı adekvat mübarizə aparmayıb və mübarizə üçün əqli mülkiyyətə dair qanun və qaydalar üzrə əhəmiyyətli inkişafa nail olmayıb", hesabatda deyilir.

Nəzarətsizlik
Vahid Qasımovun fikrincə, dövlət səviyyəsində də bu məsələyə "diqqət yetirilmir və cərimələr siyasəti də yoxdur".
"Biz, ümumiyyətlə, müəlliflik hüququna hörmət edən ölkələrdən deyilik, bizdə düşünürlər ki, lisenziya nəyə lazımdır, onsuz da bundan istifadə edirəm. Belə vəziyyətdə lisenziyaya pul vermək özünü axmaq hiss etmək kimi bir şeydir".
Bundan əlavə, ekspert iddia edir ki, 85 faiz kimi rəqəm o deməkdir ki, dövlət müəssisələrinin böyük əksəriyyəti lisenziyasız məhsullardan istifadə edir.
"Yəni nazirliklər, institutlar, məktəblər.. həqiqətən də elədir. Dövlət özü müəlif hüququna hörmət göstərmədiyinə və öz müəssisələrində lisenziyalı proqram təminatına pul ayrılmadığına görə insanlar da buna öyrəşib, bunu normal olaraq qəbul edirlər".
BBC Azərbaycancaya danışan Müəllif Hüquqları Agentliyinin Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Natiq İsayev mütəmadi aparılan işlər nəticəsində "dövlət orqanlarında, təhsil sistemində lisenziyalı proqram məsələlərinin artıq həll edilmək üzrə" olduğunu qeyd edib.
"Bu yaxında bu məsələ tam həllini tapacaq. Həm Təhsil, həm də Rabitə və Yüksək Texnologiyalar nazirlikləri ilə piratçılığın aşağı salınması barədə danışmışıq".
BBC Azərbaycanca məsələ ilə bağlı Təhsil və RYTN-dən şərh ala bilməyib.
Vahid Qasımovun sözlərinə görə, piratçılığa qarşı mübarizə üçün "dövlət siyasəti olmalıdır", əks halda bu asan yol hər zaman mövcud olacaq.
"Bizdə niyə asandır? Gedirsən hansısa disk dükanına, deyirsən mənə Windows diski lazımdır, sənə disk verilir 3 manata. Bu diskin dükanda satılmasına dövlət nəzarət etməlidir".
Bundan başqa, cənab Qasımov deyir ki, Azərbaycanda piratçılıq sahəsində rəqəmin 5-7 faiz enməsinə, xarici böyük şirkətlər və holdinqlərin lisenziya almağa məcbur edilməsi səbəb olub.
Ekspertə görə, əslində satış yerlərinə nəzarət edilməli və gənclər arasında maarifləndirmə işləri aparılmalıdır.
"Universitetdə, məktəbdə deyilməlidir ki, bu lisenziyalı proqramın qiyməti budur, pul yoxdursa, pulsuz proqramlardan istifadə edin. Nə müəllimlər, nə də qurumlar maraqlı deyil", Vahid Qasımov qeyd edir.
Natiq İsayev Azərbaycanda piratçılığa qarşı mübarizənin "hər zaman prioritet" olduğunu deyir.
"Səlahiyyətimizdə olan bütün vasitələrlə çalışırıq ki, proqram təminatı sahəsində piratçılığın qarşısını alaq".
Cənab İsayevin sözlərinə görə, bu məqsədlə 2012-ci ildə Əqli mülkiyyətin qorunmasına dair qanun qəbul edilib və Nazirlər Kabineti son iki ildə qanunun icrasıyla bağlı beş qərar qəbul edib.
"İKT sahəsi o qədər surətli inkişaf edir ki.. müəyyən maarifləndirmə işləri aparılmalıdır", cənab İsayev əlavə edir.

Yeni cərimələr və tədbirlər

Müəllif Hüquqları agentliyinin rəsmisi deyir ki, sentyabrdan Müəllif Hüquqları Agentliyi əqli mülkiyyət hüququnu qorumaq üçün yeni tədbirlər həyata keçirəcək.
"Bazara çıxarılan bütün mallara - audiovizual əsərlər, fonoqramlar, məlumat topluları, proqramlara ilk dəfə olaraq xüsusi nəzarət nişanları vurulacaq və belə nişanları olmayan mallar pirat məhsulu hesab ediləcək və dövriyyədən götürüləcək", cənab İsayev bildirib.
Onun sözlərinə görə, bu nişanların digərlərindən fərqi odur ki, onların fərdiləşdirilməsi üzrə "smart proqram" sistemi yaradılıb, yəni nüsxələrin orijinallığını smartfonla (ağıllı telefon) təyin etmək mümkün olacaq.
Cənab İsayev nişanələrin tətbiqindən sonra proqram təminatı sahəsində "kəskin yaxşılaşma" olacağına ümid edir.
Bu yaxşılaşmaya İnzibati Xətalar və Cinayət məcəllələrinə də edilən dəyişikliklər "təsir göstərə bilər", deyən rəsmi "hiss olunacaq sanksiyalar" tətbiqindən söz açır.
"Hər bir nüsxəyə görə fiziki şəxslər 50, vəzifəlilər 100 və hüquqi şəxslərsə 150 manat cərimələnəcək. Təsəvvür edin, bazarda bir disk 20 manata satılır, ona görə 100-150 manat cərimə tətbiq etmək bazardan bütün pirat malları yığışdıracaq"

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər