Özəl:

Elastik ekranlara nə qədər tələbat var?



Elastik ekranlara nə qədər tələbat var?
IHS tədqiqat şirkətinin analitikləri hesab edirlər ki, zaman keçdikcə elastik ekranlar gəlir nöqteyi-nəzərindən ekran bazarının daha mühüm seqmentinə çevrilir.

Ekspertlərin proqnozuna görə, 2024-cü ildə bu məhsul ekran bazarında ümumi gəlirin 15 faizini təmin edəcək.

Elastik ekran istehsalın həcminin artımı ilə əlaqədar gözlənilir ki, proqnozlaşdırılan dövrdə bu tip ekranların satış həcmi ildə orta hesabla 44 faiz yüksələcək və 9 il sonra 23 milyard ABŞ dollarına yaxınlaşacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, IHS-in analitiki Cerri Kan hesab edir ki, son il ərzində istehsal texnologiyaları xeyli təkmilləşdirilib və yaxın vaxtlarda şirkətlər elastik ekranların buraxılışı üzrə istehsal obyektlərinin fəaliyyətini genişləndirməyə başlayacaq.

Artıq indi müxtəlif cihazlarda yüngül, nazik və sınmayan elastik ekranlar istifadə olunur. Belə ki, LG Electronics və Samsung Electronics şirkətləri öz qabaqcıl smartfonlarını belə ekranlarla təchiz edir. Bundan başqa, elastik OLED panellər daşınan elektronikada tətbiq edilə bilər.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər