Özəl:

Verilən cümlələri tamamla



Verilən cümlələri tamamla
Verilən test eqosentrlik – özünəmərkəzləşmiş xüsusiyyətlərin aşkarlanması üçün tətbiq olunur. Proyektiv metodlardan olan bu tədqiqat metodu standartlaşmış hesab olunur. əsas üstünlüyü fərqli yerlərdə tətbiq oluna bilinməsi və tez bir zamanda cavab əldə olunmasıdır.

Özünəmərkəzləşmə ayrıca bir diaqnoz deyildir, sadəcə bir göstəricidir: dərin, davamlı şəxsi problemlərin göstəricisidir. Özünəmərkəzləşmə daha çox nevrozların, psixopatiyaların, aksentuasiyaların, qeyri-adekvat psixoloji vəziyyətlərin nəticəsidir. Bu daha çox o zaman yaranır ki, insan öz "mən”indən başqa "mən”lərlə müqaisədə daha çox narazıdır. Bunun nəticəsində inanın özünə qapanması, aşağı qiymətləndirmə qorxusu, öz problemlərinin həlli mövcudluğunun olmaması fikirlərində dustaq olması halları yaranır.İnsan bu fikirlərin məngənəsində qalır.

Beləliklə….tədqiq olunandan aşağıdakı on cümləni mümkün qədər tez düşünmək şərti ilə tamamlamağı xahiş edin.

Aşağıdakı cümlələrin tamamlanmasını tədqiq olunandan xahiş edirsiniz:
A. Bir neçə il bundan əvvəl…
B. Müqaisə etsək ...
C. Həqiqətdə isə…
D. Nə qədər uzaq…
E. Daha asan olur…
F. Bu vəziyyətdə…
L. Doğru deyil ki,…
M. Zaman gələcək ki, …
N. Əsas problem…
S. Ən böyük …

Tədqiq olunan işini bitirdikdən sonra testi analiz edirsiniz. Belə ki, əgər ümumi olaraq birinci şəxs əvəzliklərinin (mən, mənə, məni, məndən və s. ) sayı 3-4 arasında olarsa, bu normal hal sayılır. Əgər bunların sayı 6-dan çoxdursa, bu yüksək özünəmərkəzləşmə halı hesab olunur. Demək ki, insanın daxili problemləri var və onun həlli yollarını tapmaqda, eləcə də onları paylaşmaqda çətinlik cekir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər