Özəl:

Yaddaşınızı test edin



Yaddaşınızı test edin
Aşağıdakı asan və sürətlə tətbiq edə biləcəyiniz yaddaş testi "National Institude of Mental Health" və Amerikada olan "Memory Assessment Clinic" də hazırlanmışdır.
Bu test yaddaşınızın normal funksiyalara sahib olub - olmadığı haqqında sizə ümumi bir fikir verəcək. Əgər yaddaşınızla əlaqədar bir problem yaşadığınızdan şübhələnirsinizsə mütləq həkiminizə müraciət etməlisiniz. Həkiminiz yaddaş probleminizin nədən qaynaqlandığını araşdıraraq sizə uyğun müalicə variantları və təkliflər təqdim edəcək.

Aşağıdakı alver siyahısını yalnız bir dəfə diqqətlə oxuyun. Ardından siyahıya baxmadan, xatırladığınız bütün maddələri başqa bir kağıza qeyd edin. Daha sonra neçə dənə maddə xatırladığınızı qeyd edin.

Soğan
Ərik
Yumurta
Böyürtkən
Fındıq

Krevet
Mineral su
Mayonez
Reyhan
Balqabaq

Mango
Makaron
Sosiska
Keks
Nahar süfrəsi

Bal vermə:
18-39 yaş arasındasınızsa 10 maddəni,
40-49 yaş arasındasınızsa 9 maddəni,
50-59 yaş arasındasınızsa 9 maddəni,
60-69 yaş arasındasınızsa 8 maddəni,
70 yaş və daha çoxdursa 7 maddəni xatırlamanız normal yaddaş funksiyalarına sahib olduğunuzu göstərir.

İndi də yuxarıdakı siyahını hər 5 dəqiqədən bir təkrar oxuyun. 5 dəfə oxuduqdan sonra siyahıya baxmadan 30 saniyə gözləyin və siyahının içindəki maddələri xatırlamağa çalışın.

Bal vermə:
18-39 yaş arasında 13 maddəni,
40-49 yaş arasında 12 maddəni,
50-59 yaş arasında 12 maddəni,
60-69 yaş arasında 11maddəni,
70 yaş və daha çoxdursa 10 maddəni xatırlamanız normal yaddaş funksiyalarına sahib olduğunuzu göstərir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər