Özəl:

Duyğularınız yoxsa məntiqiniz? - TEST



Duyğularınız yoxsa məntiqiniz? - TEST
Verəcəyiniz qərarlarda hansı daha təsirli olur? Duyğularınız yoxsa məntiqiniz? Aşağıdakı testlə bunu yoxlaya bilərsiniz. 

1. Səhər tezdən işə gedərkən yolda bir qəza olduğunu gördün...
A) Çox kədərlənərəm, ona görə baxmadan keçərəm.
B) Təcili yardıma zəng vurub qəza haqqında xəbər verərəm.
C) Əlimdən gəldiyi qədər ilk yardım göstərməyə çalışaram.

2. Sevgilin səni aldatdığı üçün ayrılmısan, amma o, təkrar barışmaq istəyir...
A) Onu hələ çox sevirəm. Barışma təklifini qəbul edərəm.
B) Məncə, zamana buraxmaq ən doğrusudur.
C) Təkrar aldatmayacağını kim bilə bilər? Ona görə əsla olmaz!

3. Biriylə yeni münasibət qurmağa başlamısınız, lakin dostlarınız ona həddindən çox bağlandığınızı söyləyir ...
A) Bu eşqdir! Özümü sıxa bilmirəm.
B) Bir az düşünər və davranışlarıma diqqət edərəm.
C) Düşünürəm ki, haqlıdırlar, həyat sadəcə ondan ibarət deyil. 

4. Çox sevdiyin bir dostunla əyləncə hazırlayacaqsan, amma dostun son dəqiqədə bir bəhanə uydurub...
A) O, mənim ən yaxşı dostumdur, yenə təşkil edərik, qəlbini qırmağa dəyməz.
B) Gələcək qonaqlara zəng vuraram və gələndə özləriylə nəsə alıb gətirmələrini xahiş edərəm.
C) Belə şey olmaz, daha diqqətli olmalıdır!

5. Xoşun gələn biriylə eyni layihədə yer almısan...
A) Birlikdə keçirdiyimiz bütün zamanları dəyərləndirərəm, layihəni unudaram.
B) Bir az layihəylə maraqlandıqdan sonra birlikdə zaman keçirməyi təklif edərəm.
C) Layihə mənim üçün çox önəmlidir, onu bir an öncə bitirməyə çalışaram.

6. İş üçün ölkə xaricində çalışmaq üçün təklif almısan, amma bu sırada sevdiyin insandan da təklif almısan ...
A) Nə olursa-olsun, özəl həyatımı düşünüb sevdiyimin təklifini qəbul edərəm.
B) Onun təklifinə ancaq bir neçə aydan sonra cavab verəcəyimi deyərəm.
C) İş mənim üçün çox önəmlidir, onun təklifinə rədd cavabı verərəm. Əgər həqiqətən sevirsə, bir müddət gözləsin.

7. Ən yaxın dostunun (rəfiqənin) keçmiş sevgilisinin səndən xoşu gəldiyini öyrəndin...
A) Bu, çox gözəl xəbərdir, mənim də ürəyim ona qarşı boş deyil.
B) Bu hadisə beynimi bulandırar və dostlarımdan kömək istəyərəm.
C) Dostum (rəfiqəm) mənim üçün daha önəmlidir, xəbərim yoxmuş kimi davranaram.

8. Çox sevdiyin bir dostunun sevgilisinin onu aldatdığını öyrəndin...
A) Bu, çox pis vəziyyətdir. Dostuma yazığım gələr və ona heç nə demərəm.
B) Sevgilisiylə danışar və doğru olub-olmadığını öyrənməyə çalışaram.
C) Nəticə nə olursa-olsun, bunu dostuma (rəfiqəmə) deyərəm.

9. Sevgilin bir dava sırasında səndə xoşlamadığı hansısa cəhətini (davranışını) sənə dedi ...
A) Çox üzülərəm, qəlbim qırılar, amma bəlli etməməyə çalışaram.
B) Bir müddət ayrı qalsaq, dəyərimi anlayacaq.
C) Söylədiklərini ciddi qəbul edərəm. Amma qəlbimi qırmaq məqsədilə söylədiyi üçün onunla bir daha danışmaram.

10. Ən yaxın dostunun (rəfiqənin) keçmiş sevgilinlə birlikdə olduğunu öyrəndin...
A) Dostumu (rəfiqəmi) çox sevdiyim üçün buna göz yumaram.
B) Bu haqda bir az düşünməliyəm.
C) Ən yaxın dostum da bunu etdisə, mən daha kimə güvənim?!

Cavablar.
A variantının üstünlük təşkil etdiyi cavab: Siz hər şeydən əvvəl duyğularınıza əhəmiyyət verirsiniz. Hətta bəzən həddi aşdığınız belə olur. Bir az məntiqinizə önəm versəniz çevrənizdəkilərlə əlaqələriniz daha yaxşı olacaq. Çünki hər bir vəziyyətdə ən çox kədərlənən siz olursunuz.

B variantının üstünlük təşkil etdiyi cavab: Bəzən duyğularınız, bəzən məntiqiniz sizin üçün ön plandadır. Harada necə davranmağın lazım olduğunu bilən insanlardansınız. Buna görə ətrafındakı insanlar sizə bənzəməyə çalışır. Onlarla yaxşı bir ünsiyyət qurmağı bacarırsınız.

C variantının üstünlük təşkil etdiyi cavab: Sizin üçün hər zaman məntiq ön plandadır. Bu qədəri sizcə də həddindən artıq deyilmi? İnsanlar sizin haqqınızda "Buzlar kraliçası" deyirlər. Ətrafınıza duyğusuz bir şəxsiyyət kimi görünməkdən imtina etməlisiniz. Siz özünüzün belə olmadığınızı çox yaxşı bilirsiniz.
  • 18-05-2015, 02:00
  • 544
  • 0

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər