Özəl:

Yorğunluğunuzu test edin



Yorğunluğunuzu test edin
Yorğunluğunuzu test edin
Yataq istirahəti ilə düzəlməyən, fiziki və ya zehni fəaliyyətlərdə artan və ən az 6 ay və daha uzun müddət davam edən şiddətli yorğunluq vəziyyəti, xroniki yorğunluğa işarə edir. Xüsusilə hava dəyişmələriylə bir çox adamı təsiri altına alan xroniki yorğunluqdan qorunmaq üçün nələr edilməsi lazım olduğunu izah edən mütəxəssislər, xroniki yorğunluğun simptomlarının yaddaş və konsentrasiya (diqqət) pozğunluqları, yuxu pozulmaları, müalicəyə müqavimət göstərən əzələ ağrıları, oynaq ağrıları, baş ağrısı, sıx və təkrarlanan boğaz ağrısı, boyun və qoltuq altındakı limfa vəzlərində həssaslıq olduğunu söylədi. 

Xəstəlikdən qorunmaq üçün edilə biləcəklər: "Stressə qarşı rejim tətbiq etmək, davamlı olaraq gündə 8-10 saat yatmaq, yüngül templi fiziki məşqlər etmək, nizamlı və balanslı yeyib-içmək, ideal kiloda qalmaq, həyata optimist baxa bilmək və iş sıxlığından sıyrılıb istirahət etməyə zaman ayırmaqdır". Özünüzü davamlı halsız hiss edir, müraciət etdiyiniz həkiminiz tərəfindən şikayətləriniz ilə əlaqədar edilən analizlər, yoxlamalar normaldırsa, şikayətləriniz 6 aydan daha uzun müddət davam edirsə və aşağıdakı suallardan 4 və ya daha çoxuna ‘bəli' deyirsinizsə xroniki yorğunluq sindromu ilə qarşı-qarşıya ola bilərsiniz.

Yorğunluğunuz xronikidirmi?
1. Tez unudur və ya diqqətinizi toplamaq çətinliyi yaşayırsınızmı? 
2. Fiziki və ya zehni bir fəaliyyət sonrasında uzun müddət əldən düşmüş, yorğun və özünüzü xəstə hiss edirsinizmi? 
3. Yuxu sonrası yorğunmu qalxırsınız? 
4. Bədəninizin müxtəlif bölgələrində əzələlərinizdə ağrı olurmu? 
5. Oynaqlarınızda şişlik və qızarıqlık olmadan ağrı olurmu? 
6. Tez-tez başınız ağrıyırmı? 
7. Sıx və təkrarlanan boğaz ağrınız olurmu? 
8. Qoltuq altı və ya boyundakı limfa vəzlərinizdə ağrı və ya həssaslıq varmı?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər