Özəl:

Mətbəxiniz gigiyenikdirmi? - Test



Mətbəxiniz gigiyenikdirmi? - Test
Evimizdə ən təmiz, ən səliqəli guşə mətbəximiz olmalıdır. Çünki biz bu məkanda həm yemək bişirir, bir çox hallarda həm yemək yeyir, həm də yuyur, silir, təmizləyirik. Elə mənzilin təmizliyinə də xanımlar çox zaman mətbəxdən başlayırlar. Görəsən, yeməklərimizi saxladığımız və hazırladığımız mətbəx kifayət qədər təmiz və gigiyenikdirmi?

Təqdim etdiyimiz testimizi cavablandırın, nələrə diqqət edib-etmədiyinizi qiymətləndirin.

1. Mətbəxinizə günəş düşürmü, onu yaxşı havalandıra  bilirsinizmi?
A) bəli
B) xeyr

2. Mətbəxiniz geniş və funksionaldırmı?
A) bəli
B) xeyr

3. Mətbəxiniz üçün xüsusi təmizlik vasitələrindən istifadə edirsinizmi?
A) bəli
B) xeyr

4. Qabyuyan maşın istifadə edirsinizmi?
A) bəli
B) xeyr

5. Mətbəx təmizliyi üçün istifadə etdiyiniz bez, süngər, dəsmal kimi vəsaitləri nə qədər müddətdən bir dəyişdirirsiniz?
A) 4-7 gün arasında
B) 1 həftədən daha çox

6. Olurmu ki, dəzgah üzərində bir gündən çox müddət ərzində çirkli qab-qacaq, yemək artığı yığılıb qala?
A) xeyr
B) bəli

7. Ev heyvanlarının mətbəx dəzgahına və ya mətbəx masasına çıxmasına icazə verərsinizmi?
A) əsla
B) bəli, hərdənbir

8. Yeməkləri açıq halda mətbəxdə qoyursunuzmu?
A) xeyr
B) bəli, bəzən olur

9. Pərdə, masa örtüyü kimi aksessuarları bəyaz, təmiz saxlamağa xüsusi diqqət göstərirsinizmi?
A) bəli
B) xeyr, elə də yox

10. Mətbəx dolablarınızı  mütəmadi, nizamlı olaraq təmizləyirsinizmi?
A) bəli
B) xeyr

11. Uzun müddət istifadə etmədiyiniz mətbəx əşyalarınızı tez-tez  təmizləyirsinizmi?
A) bəli
B) xeyr

12. Soyuducunuzu mütəmadi olaraq təmizləyirsinizmi?
A) bəli
B) xeyr

13. Bişməmiş ətin digər yeməklərlə təmas etməməsinə diqqət göstərirsinizmi?
A) bəli
B) xeyr

14. Yeməkləri, salatları saxlayarkən ağzı bağlı qablardan istifadə edirsiniz?
A) bəli
B) xeyr

Testin nəticəsi:
A cavabı çoxdursa:
Sizi təbrik etmək olar. Mətbəxiniz son dərəcə gigiyenik və təmizdir. Mətbəxinizin gigiyenası məsələsində son dərəcə vasvası davranırsınız. Bu da səliqəli, təmiz bir mətbəxə malik olmağınız anlamına gəlir. Unutmayın, sizin və sevdiklərinizin sağlamlığı əvvəlcə mətbəxinizdən keçir.

B cavabı çoxdursa:
Mətbəxinizin təmizliyi mövzusunda diqqətli, məsuliyyətli olmalısınız. Təəssüf ki, bu mövzuda diqqətli olduğunuzu söyləyə bilməyəcəyik. Mətbəx özünüzün və sevdiklərinizin sağlamlığı üçün təmizliyinə ən çox diqqət yetirməniz lazım olan yerlərdən biridir. Yeməklərinizi necə saxladığınız, təmizlik üçün istifadə etdiyiniz məhsullar, soyuducunuzun içi və dəzgahınızın üstünün durumu – hamısı ayrı-ayrılıqda kiçik detal kimi görünsə də, onların təmiz olmaları sağlamlığınız üçün çox əhəmiyyətlidir. Lütfən, suallarımıza və verdiyiniz cavablara yenidən diqqət edib, bu mövzuda daha məsuliyyətli olmağa cəhd edin.

Offline
  • Şərh №: 1
  • 13 aprel 2015 13:30
  • Xəbər sayı: 7
  • Şərh sayı: 373
Metbexe sadece yemeye suya girem basqa menlik deyil. 11

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər