Özəl:

İnsanın xasiyyətini sevdiyi fəslə görə müəyyən etmək olar!



İnsanın xasiyyətini sevdiyi fəslə görə müəyyən etmək olar!
Fəsillər bizə təsir edir

~Əksər hallarda qışı sevənlər məqsədlərinə çatır, işgüzarlığı sayəsində xeyli nailiyyətlər əldə edirlər

~Yayı sevənlərə çoxları paxıllıq edir

~Payız fəslini qapalı, lakin özünə əmin adamlar xoşlayır

~Yaz fəslini sevənlər nadir hallarda depressiyaya düşürlər

Fəsillər bir-birindən fərqləndiyi kimi ətrafa və insanlara təsiri də fərqli olur. Psixoloqların fikrincə, insanın xasiyyətini sevdiyi fəslə görə müəyyən etmək olar. Eləcə də, daha çox sevdiyimiz fəsildə özümüzü gümrah hiss edirik.

Qış fəslini sevənlər


Soyuq ayları sevənlər lider olmağı xoşlayırlar. Adətən belə adamlar qapalı olur və çox danışmağı sevmirlər. Lakin onlar digər fəsil sevənlərə nisbətən daha məqsədyönlü olurlar. Əksər hallarda da qışı sevənlər məqsədlərinə çatır, işgüzarlığı sayəsində xeyli nailiyyətlər əldə edirlər. Belə ki, həyatdan nə istədiklərini dəqiq bilirlər. Çətinliklərin öhdəsindən asanlıqla gəlir, problemləri həll etmək gücünə malikdirlər. Bu adamlar səbirli və iradəli olurlar. Daim öz üzrəində işləməyi sevirlər. Qışı sevənlər bu mövsüm çox enerjili olurlar. Bu fəsildə xüsusilə, işguzar sahədə aktiv fəaliyyətləri nəzərə çarpır. Şəxsi münasibətlərə gəldikdə, belə adamlar hisslərini büruzə verməyi sevmirlər. Buna baxmayaraq, onlar həyat yoldaşı seçiminə diqqətlə yanaşır və ailə qurduqda nümunəvi həyat yoldaşı olurlar. Gündəlik həyatda səliqə və rahatlıq onlar üçün çox önəmlidir. Dost seçimində ehtiyyatlıdırlar. Dostları çox az olur. Bu tip adamlar dostluğu yoxlamağa meyllidirlər və hər adama sirlərini vermirlər. Qisasçı olmasalar da, xəyanəti və yalanı bağışlamırlar. Onu da qeyd edim ki, xarici görünüşləri soyuq olsa da, həssas və küsəyəndilər.

Yaz fəslini sevənlər


Yaz fəslini sevənlərsə mülayim təbiətlidirlər. Belə adamların əksəriyyəti şənlənməyi sevmir. Onlar həyatı dəyərləndirir, xoşbəxt olmağı bacarırlar. Bəzən hər yaşanan ana görə də sevinc və xoşbəxtlik hissi duyurlar. Nadir hallarda depressiyaya düşürlər. Hər an macəra axtarışındadırlar və həyatlarını nağıla bənzətmək istəyirlər. Ətrafdakılar belə insanları xoşlayırlar. Çünki, onlarla ünsiyyət qurmaq çox asan və maraqlıdır. Yazı sevənlər arasında heç vaxt darıxmırsan. Yaz fəslinə meyli olanların xarakterində mənfi xüsusiyyətlər də özünü göstərir. Məsuliyyət hissini sevməyən bu adamların dostluğu uzunmüddətli olmur. Bir sözlə, uzunsürən və ciddi münasibətlər üçün yaranmayıblar. Onlar qarşı tərəfi tanıdıqdan sonra ona qarşı maraqlarını itirirlər. Cavabdehlikdən qaçmaqlarına baxmayaraq, yaxınlarına qarşı çox tələbkar olurlar.

Yay fəslini sevənlər


Yayı sevənlərə çoxları paxıllıq edir. Əsasən də həyatda uğursuz adamlar onlara qarşı paxıllıq hissi ilə seçilirlər. Belə ki, yayı sevənlər işgüzarlığı ilə fərqlənir və işlərində daimə uğur qazanmağa çalışırlar. Onlar liderliyə can atmasalar da, rəhbərlik etməyi yaxşı bacarırlar.

Payız fəslini sevənlər


Payız fəslini qapalı, lakin özünə əmin adamlar xoşlayır. Belə adamlar depressiyaya tez-tez düşür. Belə ki, payız fəsli buludlu səmasına görə, çoxlarını kədərləndirir. Bu adamların əhvalında dəyişikliklər özünü göstərir. Onlar şən olduqları halda asanlıqla qəmlənirlər. Bu fəsli sevənlər arasında tənhalığa üstünlük verənlər, sakitliyi xoşlayanlar çox olur. Nadir hallarda ünsiyyətə ehtiyac duyurlar. Yeni tanışlıqlara, yeni mühitə rahat adaptasiya ola bilirlər.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər