Özəl:

Qadını çantasından tanı



Qadını çantasından tanı
İnsanları hərəkətlərinə, görünüşlərinə görə tanımaq son vaxtlar hamını maraqlandırır.
 
Yeniqadın.Biz-in  məlumatına görə, alimlərin araşdırmalarına əsasən, insanları təkcə görünüşlərinə görə yox, həm də istifadə etdikləri əşyalara görə tanımaq mümkündür. Psixoloqlar çantanın içinə baxaraq, sizin bütün xasiyyətinizi olduğu kimi deyəcəklər. Bunun üçün sadəcə, onu açmağınız kifayətdir.

İçi dolu və qarmaqarışıq çanta: Çantanızda hər şey qarmaqarışıqdır. Əşyalar səliqə ilə yığılmayıb. Siz sadəliyi və dəqiqliyi sevirsiniz. Üstüörtülü danışmaq, sirr saxlamaq sizlik deyil. Ciddi, planlaşdırılmış işi xoşlamırsınız. Belə işdən tez yorulur, həm də çox aqressiv olursunuz. Siz "Heç bir problem yoxdur! Tanış olmaq asandır, ayrılmaq daha asan!” devizi ilə yaşayırsınız. Belə çantanın sahibi olan xanım zərifdir. Qayğını, nəvazişi sevir. Bir xoş söz onu ələ almağa kifayət edər.

Səliqəli çanta: Axtardığın hər şey əlinin altındadır. Bu çanta heç vaxt açıq rəngdə ola bilməz, o tünd rəngdə və ciddi formadadır. Bu cür çantanın sahibi olan qadınlar ağırtəbiətli və sakitdirlər. Onlar çox nəzakətli və özlərindən razıdırlar. Onların xüsusi təşkilatçılıq qabiliyyətləri var.

Çantada kolleksiya:
Çantanızda sadəcə, teatr və kino üçün alınmış bilet, qəzet və jurnallardan kəsilmiş lazımlı məsləhətlər, yemək reseptləri, şəkil, məktub yerləşir. Bu onu göstərir ki, siz xəyalpərəst və səhlənkarsınız. İş həyatınızda elə də qabiliyyətli deyilsiniz. Həmişə ilk növbədə öz yaxşılığınız üçün çalışırsınız.

Həyatın hər anı üçün yararlı əşyalar: Çantanıza gün ərzində sizə lazım olan bütün əşyaları yerləşdirirsiniz. Axtardığın hər əşyanı burada tapa bilərsən: manikür dəsti, dərman çantası, açarlar, iynə, sap, ətir və s. Bu, sizin müdrikliyinizdən, qabiliyyətinizdən, işgüzarlığınızdan, ürəyiyumşaqlığınızdan xəbər verir. Siz rahatlığı, problemsiz yaşamağı sevirsiniz.

İşgüzar görünüş:
Çantada həmişə gündəlik həyat üçün lazım olan əşyalar – kitabça, qələm, jurnal və qəzet, dəsmal saxlayırsınız. Siz dəyişkən xasiyyətli birisiniz. İstəkləriniz fərqlidir. Həmişə özündənrazı təsiri bağışlasanız da, əslində çox sadəsiniz. Mənfi xüsusiyyətiniz odur ki, çox ciddisiniz, demək olar ki, yumordan heç nə anlamırsınız.

Sən demə, çantanı necə tutmağımız da xasiyyətimizdən danışır.

Qola keçirilmiş formada:
Bu, sizin səliqəli, ürəyiyumşaq, bacarıqlı olmağınızdan xəbər verir. Siz özünüzü həmişə formada saxlamağı bacarırsınız.

Çantanı küncündən tutmaq: Siz çantanızı hara gəldi atırsınız. Əşyalarınızı tez-tez itirirsiniz. Özünüzdən razısınız, başqalarının fikri sizi maraqlandırmır. Həmişə yanlış fikirlər irəli sürürsünüz.
 
Çiyindən asmaq: Siz utancaq və özünə güvəni olmayan xanımsınız. Əgər yeriyərkən əllərinizi hərəkət etdirirsinizsə, çox şənsiniz. Hamının xoşuna gəlməyə çalışırsınız.

Çantanı qoltuqaltında saxlamaq: Bu, sizin sakit görünüşünüzün arxasında çoxlu sirr olduğunu göstərir. Çox səliqəlisiniz və ev işlərini sevirsiniz. Gözəl yeməklər hazırlamağı bacarırsınız. Hər zaman ətrafınızdakı insanların gözündə yüksək olmağa çalışırsınız.

Çantanı çiynindən asan və əli ilə tutan:
Siz cəsarətli xanımsınız. Problemlərdən qaçmağı xoşlamırsınız. Tənhalıqdan qorxur, insanlarla ünsiyyət qurmağı sevirsiniz.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər