Özəl:

Evliliyiniz təhlükə qarşısındadır? (Test)



Evliliyiniz təhlükə qarşısındadır?  (Test)
1. Yoldaşınızın sizə qarşı diqqətli və səmimi olduğunu düşünürsünüz?
2. Yoldaşınızın sizinlə iş problemləri ilə bölüşməyini istəyərdiniz?
3. Sizin bütün ailənin əhval-ruhiyyəsini pozduğunuz hallar olur?
4. Əgər sizin əhval-ruhiyyəniz pisdirsə, bu halı xüsusi, sevdiyiniz bir xörək dəyişə bilər?
5. Sizin tanışlarınızın həyat yoldaşları sizin yoldaşınızdan yaxşı olduğunu düşünürsünüz?
6. İstirahət günləri özünüzə (geyiminizə və s.) fikir vermədiyiniz zamanlar olur?
7. Yoldaşınızın hobbisi sizi əsəbiləşdirir?
8. Yoldaşınızın uğurlarına sevinirsiniz?
9. Sizin işinizdən yoldaşınızın işi vacib olduğunu düşünürsünüz?
10. Uşaqlara qarşı yoldaşınızdan çox sevgi göstərirsiniz?

Testin suallarına cavab
Bəli
Bəzən
Xeyr

Bəli cavabları çoxluq təşkil edirsə:
Siz əminsiz ki, evliliyiniz uğurlu deyil. Bu vəziyyətdə, siz ilk növbədə yoldaşınızı günahlandırırsınız. Lakin günah sizin özünüzdə də ola bilər. Ümid edirik ki, sizin bu vəziyyəti yaxşı tərəfə yönləndirməyə hələdə vaxtınız var. Sizə uğurlar.

Bəzən cavbları çoxluq təşkil edirsə: Siz bilirsiniz ki, ideal evlilik olmur. Ailədə olan yaxşı münasibətlər hər ikinizdən asılı olduğunu yaxşı bilirsiniz. Siz problemlərinizi asan yolla həll edə bilirsiniz. Bəzi zamanlar sizdə şübhə yaranır: bu problemlərin öhdəsindən gələ biləcəksinizmi? Lakin bu hisslərə qapılmaq lazım deyil.

Xeyr cavabları çoxluq təşkil edirsə: Sizdə hər bir şey əladır, uğurlu ailə münasibətləri qura bilmisiniz. Siz – çox yaxşı həyat yoldaşısınız, sizdən yaxşısını yoldaşınız xəyal edə bilməz. Hər bir ailəyə uğurlar arzulayırıq. Bir-birinizin qədrini bilin, bir-birinizə qarşı hər zaman diqqətli olun.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər