Özəl:

Gördüyün yuxuya inanırsanmı? - Test



Gördüyün yuxuya inanırsanmı? - Test
1. Münəccimlərə və uzaqgörənlərə inanırsınızmı?
A) Bəli (2)
B) Xeyr (1)
C) Hərdən olur (3)

2. Orta məktəbdə oxuyanda dərslərə tez-tez gecikirdiniz?
A) Bəli (3)
B) Xeyr (1)
C) Gecikməyi, ümumiyyətlə, xoşlamıram. (2)

3. Yatağı və otağı dəyişərkən yatmaq sizə çətin olur?
A) Bəli (3)
B) Xeyr (1)
C) Şəraitdən asılıdır. (2)

4. Şəxsi həyatınızdan tez-tez şikayətlənirsinizmi?
A) Bəli (3)
B) Xeyr (1)
C) Bu, mənim üçün artıq problemə çevrilib. (2)

5. Gecələr televizora baxmağı xoşlayırsınızmı?
A) Bəli (1)
B) Xeyr (2)
C) Hərdən olur. (3)

6. Hər bir ciddi işi görməmişdən əvvəl kiminləsə məsləhətləşirsinizmi?
A) Bəli (1)
B) Xeyr (3)
C) Mən heç vaxt heç kəslə məsləhətləşmirəm. (2)

15 xal və ondan yuxarı:
Sizin yuxulara münasibətiniz çox qəribədir. Öncə onu deyək ki, yuxulara əksər hallarda inanırsınız. Özünüz də tez-tez yuxular görürsünüz. Sizin xarakteriniz və əhvalınız gördüyünüz yuxularla bağlı pozulmağa çox həssasdır. Belə ki, siz bəd yuxular görəndə özünüzü çox pis hiss edirsiniz. Yuxuların həqiqiliyi və onların mahiyyəti ilə maraqlanırsınız.

10-14 xal:
Siz yuxulara fantastik dərəcədə inanırsınız. Yuxulara münasibət və onları təhlil etmək həmişə sizin həyatınızda mühüm yer tutur. Təbii ki, yuxuların pis və yaxşı olması sizin gündəlik əhvalnıza güclü təsir edir. Siz pis yuxular görəndə ona qarşı təcili mübarizə aparmaq istəyirsiniz. Məsələn, nəzir verirsiniz.

9 xal və ondan aşağı:
Sizin yuxulara münasibətiniz çox fərqlidir. Belə ki, siz ilk növbədə yuxulara inanmır, heç onlara ciddi də yanaşmırsınız. Deməli, sizin həyatınızda yuxuların rolu heç bir əhəmiyyət kəsb etmir. Deyəsən, elə ona görə də siz az yuxular görürsünüz. Yalnız təsadüfi hadisələr sizin yuxulara olan münasibətinizi dəyişdirə bilər

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər