Özəl:

Sən kimsən? - Test



Sən kimsən? - Test
Özünü tanımaq əslində düşünüldüyündən qat-qat çətindir. İnsanın öz davranışlarını obyektiv bir şəkildə izləməsi, müzakirə etməsi və səhvlərindən nəticə çıxarması tələb olunur. Eyni zamanda atdığı addımın başqa bir insan üzərində təsirini düşünüb, götür-qoy etməsi də onun necə insan olduğunu açıqlamağa yetərli olur ."Mən kiməm?" üfüqünün bayraq dirəyini tapmaq olduqca çətindir. Bu çətin səfər üçün cəsarət göstərənlər və əmək sərf edənlərin mükafatı daha inandırıcı və doyumlu insan əlaqələri qurmaqdır. Doyumlu insan münasibətləri qura bilmək, insanın özünü və digər insanları tanıması ilə mümkün ola bilər. 
Uzun-uzadı danışmaqdansa məhz bu 10 sualdan ibarət testdən keçin yetər. Sualları həll edərkən nə qədər maraqlı olduğunu da görəcəksiniz. 

1. Özünüzü nə vaxt yaxşı hiss edirsiniz? 
(a) Səhərlər -2
(b) Günortdan sonra və gün batarkən -4
(c) Gecənin irəliləyən saatlarında -6

2. Necə yeriyirsiniz? 
(a) Sürətlə və uzun müddətdə -6
(b) Sürətlə və qısa müddətdə -4
(c) Normaldan yavaş və ətrafa göz gəzdirərək -7
(d) Yavaş və başı aşağı-2
(e) Çox yavaş -1
 
3. İnsanlarla danışarkən ... 
(a) Qollarımı sinəmdə qatlamış olaraq tuturam -4
(b) Əllərimi sıxıram -2
(c) Bir və ya hər iki əlimi belimə qoyuram -5
(d) Danışdığım insanlara toxunur və ya itələyirəm -7
(e) Qulağımla oynayır, çənəmə toxunur və ya saçımı düzəldirəm -6
 
4. İstirahət zamanı necə oturursunuz? 
(a) Dizlər qatlanmış və qıçlar bir-birinə bitişik olaraq -4
(b) Ayaqlarımı çaprazlayaraq -6
(c) Ayaqlarımı uzadaraq -2
(d) Bir ayağımı altıma qatlayaraq -1

5. Çox xoşunuza gələn bir hadisə olanda nə edirsiniz? 
(a) Ucadan qəhqəhə çəkirəm -6
(b) Asta səslə gülürəm -4
(c) Bir dəfəlik gülürəm -3
(d) Səssizcə gülümsəyirəm - 5

6. Bir ictimai fəaliyyətə qoşulduğunuz zaman ... 
(a) Hər kəs sizi fərq edəcək şəkildə səs-küylə daxil olursınız -6
(b) Sakitcə girib tanışlarınıza doğru baxırsınız-4
(c) Çox səssiz girib kimsənin sizi fərq etməməsinə cəhd edirsiniz -2

7. Çox çətin bir işə diqqətinizi cəmlədiyiniz zaman sizi narahat edirlər. Siz... 
(a) Məmnuniyyətlə qarşılayaram -6
(b) Həddən artıq narahat olaram -2
(c) Deyə bilmərəm. Hər iki variant  arasında dəyişən davranışlar göstərərəm -4

8. Ən çox hansı rəngi sevirsiniz? 
(a) Qırmızı və ya narıncı rəngi -6
(b) Qara -7
(c) Sarı və ya mavi -5
(d) Yaşıl -4
(e) Tünd mavi və ya bənövşəyi -3
(f) Ağ -2
(g) Qəhvəyi və ya boz -1

9. Yatağınızda uzanarkən ... 
(a) Kürək üstü uzanırsınız-7
(b) Üzü üstə uzanırsınız-6
(c) Yüngül qıvrılmış şəkildə yana dönüb uzanırsınız -4
(d) Başınızı bir qolunuzun üstünə qoyaraq uzanırsınız -2
(e) Başınızı yorğanın altına salaraq uzanırsınız-1
 
10. Yatarkən adətən ... 
(a) Yıxılırsınız-4
(b) Döyüşürsünüz və ya müzakirə edirsiniz-2
(c) Kimisə və ya nəyisə axtarırsınız -3
(d) Uçursunuz və ya üzürsünüz-5
(e) Ümumiyyətlə yuxu görmürsünüz-5 
(f) Yuxularınız daim xoş olur-1

Cavablar:
31 - 40 bal: İnsanlar sizi məntiqli, ehtiyatlı, diqqətli və praktik biri olaraq görərlər. Sizi ağıllı, qabiliyyətli və hünərli amma təvazökar olaraq tanıyarlar. Çox sürətli yoldaşlıq qurmayan, amma yoldaşlarına qarşı çox sadiq olan və onlardan da eyni şeyi gözləyən biriniz.
41 - 50 bal: İnsanlar sizi təzə, canlı, çəkici, əyləndirici, pratik və daima maraqlı biri olaraq görərlər; hər vaxt maraq mərkəzi olan amma çox həddindən artığa qaçmayacaq qədər də balanslı biri .. İnsanlar sizi ayrıca xeyirxah, düşüncəli, anlayışlı və özlərini sevindirən və rahatlaşdıran biri olaraq tanıyarlar.
51 - 60 bal: İnsanlar sizi həyəcan verici, düşüncəsiz quruluşda, təbii liderlik xüsusiyyətləri olan, hər zaman doğru olmasa da sürətli qərar verən biri olaraq tanıyarlar. Səni cəsur, macərapərəst biri olaraq tanıyarlar; hər şeyi bir dəfə sınamaq istəyən, macəra yaşamaq üçün fürsətləri qaçırmayan biri... Yaydığınız həyəcandan ötəri insanlar sizinlə eyni iş yerində yaşamaqdan zövq alırlar.

Offline
  • Şərh №: 1
  • 2 sentyabr 2015 16:29
  • Xəbər sayı: 1281
  • Şərh sayı: 311
iki suala cavab vere bilmedim, cunki mene aidvolan cavab yox idi. ona gore 22 bal cixdi. ona uygun da bend yoxdu

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər