Özəl:

Velosiped sürmək ömrü uzadır?



Velosiped sürmək ömrü uzadır?
Yeni aparılan araşdırma velosiped sürməyin insan ömrünü 6 ay uzatdığını ortaya çıxarıb.

Hollandiyanın "Utrecht” universitetinin alimləri velosiped sürənlərin daha uzunömürlü olduqlarını açıqlayıb.

16 milyon əhalisi olan Hollandiyada 18 milyon velosiped var. Bu ölkədə insanlar orta hesabla 85 il ömür sürürlər. Alimlər bildirirlər ki, velosipeddən geniş şəkildə istifadə edilən bu ölkədə insanların uzunömürlü olmaları təsadüfi deyil. Statistikaya görə, hollandiyalılar orta hesabla həftədə 75 dəqiqə velosiped sürürlər və bu, onların uzunömürlü olmasına təsir edir.

Belə ki, velosiped sürən insanlar hərəkətsiz həyat tərzi keçirənlərə nəzərən 6 ay daha çox yaşayırlar.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı da 50 min insanın iştirak etdiyi sorğu nəticəsində velosiped sürənlərin daha sağlam olduğunu təsdiq edib.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər