Özəl:

Yumor (1)



Yumor (1)
Polis : Harda yaşayırsan ?
MameD : Ailəmlə.
Polis : Ailən harda yaşayır ?
MameD : Mənimlə.
Polis : Siz hamınız harda yaşayırsınız ?
MameD : Evdə.
Polis : Eviniz hardadı, ay vətandaş ?
MameD : Qonşunun evinin yanında.
Polis : Qonşunun evi hardadı ?
MameD : Desəm inanmazsanız.
Polis : Denən.
MameD : Bizim evin yanında...xD

MameD əsgərlikdə olan zaman biraz tənbəl olur. Deməli günlərin bir günü postda bir ağacın altında yatır. Amma biraz keçmir ki, bunu görürlər. Komandir yanına çağırıb deyir :
-Sənin peşən nədi ?
MameD :
-Tikintidə ustayam.
Komandir :
-Hə demək belə. Yaxşı, bəs tikintidə yanında işləyən bir işçini iş vaxtı belə yatan vaxt tutsan, nə edərsən ?
MameDdə fürsətdən istifadə edib deyir :
-Dərhal, heç düşünmədən işinə son verib, evinə göndərərdim...xD

Bir gün MameD kənd avtobusa minir və çatacağı yerə çatanda düşür, amma pulu vermir. Sürücü də arxasıyca qışqıraraq :
-Ay kişi, ay kişi, hara gedirsən ?! Pulumu verməmisən e.
MameD :
-Borcum nə qədərdi ?
Sürücü :
-20 qəpik.
MameD çıxardıb 1 manat verir və üstü qalsın deyir. Sürücü təəccüblə deyir :
-Dəli olmusan ? 1 manat niyə verirsən ???
MameD :
-Əşşi bu kənddə mənə kişi deyən olmamışdı...xD

Deməli günlərin bir günü MameDin qardaşı ölür. Cənazə namazı qılınarkən MameD namaz qılmaz, bir qıraqda oturar. Bunu görən Tofiq MameDə deyir :
-Ala MameD, sən niyə namaz qılmadın ?
MameD :
-Mən cənazə namazı qılmağı bilmirəm.
Aradan 2 həftəyə yaxın bir müddət keçir. MameDin qaynanası ölür. Cənazə namazında camaat MameDin öndə görürlər. Namazdan sonra Tofiq MameDə :
-Ala alçabaş, sən bəs cənazə namazı qıla bilmirdin, noldu bəs ?!
MameD :
-Ala bu cənazə namazı deyildi e, bayram nazmazı idi e, bayram namazı...xD

Günlərin bir günü MameD barda gördüyü gözəl bir qızla tanış olmağın yollarını fikirləşir. Nəhayət cəsarətini toplayaraq qıza yaxınlaşır və deyir :
-Biraz danışa bilərik ?
Qız birdən qışqıraraq deyir :
-Tərbiyəsiz ! Mən sizin bildiyiniz qızlardan deyiləm !
MameD utandığından yerin dibinə girir. Hər kəs ona baxır. Gedir və öz stolunda oturur. Biraz sonra qız ona yaxınlaşır və gülümsəyərək deyir :
-Bir az əvvəlki hadisəyə görə üçün üzr istəyirəm. Mən psixologiya tələbəsiyəm və utandırıcı vəziyyətlərdə insanların necə hərəkət etdiklərini yoxlayırdım.
MameD ucadaN qışqıraraq :
-Nəəəə ??? Gecəsi 200 dollar ??? Dəlisən sən ???...xD



1 gün müəllim biologiyadan imtahan edir və hərəyə 1 preparat verir. Preparatda başqa-başqa həşaratların ayağı olur. Tələbələrdən biri, MameD baxır, baxır tapa bilmir və qapını çırpıb gedir. Müəllimin də başı aşağı olduğundan görmür gedəni və deyir :
-Qapını çırpıb gedən kimsən ?! "2" alırsan !
MameD qapını aralayıb, ayağını içəri salır və deyir :
-Tap görüm mən kiməm ?...xD

MameD : Beynində bir rəqəm tut.
Arvad : Hə tutdum.
MameD : İndi 2-yə vur.
Arvad : Hə vurdum.
MameD : Üstünə 400 gəl.
Arvad : Gəldim.
MameD : İndi 0-a vur. Cavab 0 elədi hə ?
Arvad : Aaaa... Hardan bildin, a kişi ?
MameD : Azzz... Get yeməyini bişir, sənlik deyil !...xD

Bir gün MameD Tağıdan soruşur :
-Sənə desələr ki, at ol, olarsan, yoxsa yox ?
Tağı : Ala əlbəttəki yox.
MameD : Belə də bilirdim. Sən dünyaya eşşək gəlib, eşşək də gedəcəksən e...xD

MameD : Getme !!! Dayan...!
Qiz : Niye ???
MameD : Heç, mirta dedim görüm dayanacaqsan...xD
loading...
  • 17-01-2015, 09:30
  • 669
  • 5
Offline
  • Şərh №: 5
  • 16 iyul 2016 01:38
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
122hahaha ...maraqli idi.tewekurler paylawim ucun.

--------------------
Offline
  • Şərh №: 4
  • 1 fevral 2015 11:30
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
xaxaxaxaxaxa 122 122
Offline
  • Şərh №: 3
  • 18 yanvar 2015 17:51
  • Xəbər sayı: 0
  • Şərh sayı: 83
Twk maraqliydi. 122
Offline
  • Şərh №: 2
  • 17 yanvar 2015 15:04
  • Xəbər sayı: 174
  • Şərh sayı: 287
super di beyendim
Offline
  • Şərh №: 1
  • 17 yanvar 2015 12:15
  • Xəbər sayı: 0
  • Şərh sayı: 54
Maraqlidi beyendim tewekur

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər