Özəl:

Süfrələrə çay gəlsin



Süfrələrə çay gəlsin
Adətən çayı adi qənd ilə içirlər, az miqdarda qənd çayın tünd dadını yumşaltmağa qabildir. Amma həddən artıq şirin çay öz ətrini və dadını itirir, bundan başqa, həddən artıq qəbul edilən ağ qənd B1 vitaminin mənimsənilməsinə mane olaraqlən, maddələr mübadiləsini pozur, digər tərəfdən də artıq çəkiyə və kariyesə təkan verir. Qəhvəyi şəkər və bal daha məsləhtli olsa da, onu da normalda qəbul etmək lazımdır. Heç vaxt qaynar çaya bal tökməyin.
Çay üçün ideal variant kişmiş, xurma və digər meyvə qurularıdır. Əgər şirin bişmişlərlə-peçneyə, piroq və s. çay içməyi xoşlayırsınızsa, o zaman çayı tünd dəmləyin.Bu, şirniyyatın zərini yumşaldır.

 

Çay gəlsin...
Bir sıra ölkələrdə, o cümlədən bizdə də südlü çayı yaxşı seçim hesab etməsələr də, İngiltərədə və Monqolustanda belə çay çox populyardır. Əslində südlü və ya qaymaqlı çay asan mənimsənilir, çünki bu zaman çayın tərkibindəki kofeinin təsiri yumşalır. Çay da öz növbəsində südün mədədə qıcqırmasının mənfi təsirini azaldır, onun selikli qişasının həssaslığını aşağı salır. Ürək və böyrək xəstəlikləri zamanı südlü çay əvəzsiz içki sayılır, lakin o, sidikqovucu təsir göstərdiyindən südlü çayı müntəzəm içdikdə, gərək tərkbində kalium olan meyvə qurusunun, meyvə şirələr də bol qəbul edilə.
Su-mineral balansının bərpa etməkdən ötrü yarım dənə portağal şirəsini buz dolabındakı xüsusi formada dondurun. Sizin meyvəli buzunuz hazır olanadək orta tündlükdə qara çay dəmləyin, bir qədər soyudun. Stəkanın yarısınadək çay tökün, bir çay qaşığı şəkəri onda əridin və soyuducuya qoyun. Hazır soyuq çaya dörddə bir limonun şirəsini sıxın və bir neçə dənə portağal buz tikəsi salın.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər