Özəl:

Rəfiqələrimizlə xoş anlar



Rəfiqələrimizlə xoş anlar
Alış-Veriş edin-Hə, bu bütün xanımların ən sevdiyi məşğuliyyətdir. Cəsarətlə deyə bilərik ki,

heç bir ağlı başında olan xanım belə vaxt keçirməkdən imtina etməz.

Karaoke oxuyun-Son zamanlar bu əyləncə növü olduqca populyardır.

Rəfiqələrinlə karaoke klublarından birinə gedib səsinizin gücünü sınayın. Vaxtınızın daha

əyləncəli keçməsi üçünsə yaddan çıxmış,

köhnə mahnılardan birini oxumağa çalışın.

Boulinq oynayın-Bu yaxınlarda ekranlarda Johny Deppın iştirakıyla gedən
"Rom gündəliyi” filminin qəhrəmanını boulinq həvəskarlarıyla bağlı

reportaj hazırlamağa göndərirlər.

Boulinq sevərlər bizdə də az deyil. Əgər o

nların arasındasansa, dostlarını da başına yığıb, boulinq məkanına yollan.

Rəsm dərnəyinə birgə gedin-Yaxşı rəsm çəkməyi uşaqlıqdan anlayırsan? Valideynlərindən səni vaxtında

rəsm dərnəyinə yazdırmadığına görə gileylənirsən? Yadında saxla:

yeni başlanğıclar üçün heç vaxt gec deyil!

Yorunluncaya qədər rəqs edin-Əyləncənin vaz keçilməz növü rəqsdir. Rəfiqələrinlə hansı rəqs növünü

seçəcəyinizi qərarlaşdırın. Rəqs həm əhvalı qaldırır, həm də bədənini

formaya salır. Müxtəlif rəqs kursları fəaliyyətdədir. Milli rəqs,

samba, rokn-roll, hip-hop istədiyini seç.

Təbiət Qoynunda vaxt keçirin-Təbiətə çıxmağa can atırsan, vaxtın və imkanın isə yoxdur.
Şəhərimizdən bir qədər aralı yerləşən məşhur Mərdəkan Dendrarisinə

gedə bilərsiniz. Havanın nisbətən xoş keçən günlərindən

birini seçin və təbiət qoynuna yollanın.

Yüksək Hisslər yaşayın-İncəsənətə dəyər verən qızlardansansa, müasir sənət əsərlərinə də dəyər verməyi bacaracaqsan.
Onlarla tanış olmaq üçünsə, Müasir İncəsənət Muzeyinə gedin.

Həm sənət nümunələri,

həm də muzeyin şıq ab-havası ürəyinizcə olacaq.

Ev Bizim, Sirr Bizim deyin əylənin-Hə, ola bilsin, bazar gününü evdə keçirmək qərarına gəlmisən.

Rəfiqələrini başına yığıb, evdə əsl əyləncə yaratmağa hazırsan?

Moda həftələriylə aran yaxşıdır? Onda evində də dəb küləyi hiss

edə bilərsən. Bunun üçün qızlardan gələrkən özlərilə ən sevdikləri aksessuar və paltarları

gətirmələrini xahiş et. Öz qarderobundakı əşyalardan

da ən yaxşılarını seçib, bir-birinizin paltarlarını geyinməyə başlayın. Makiyajı da unutmayın ha!

Öz məharətinzi göstərməyə çalışın.

Özünüzü Əzizləyin biraz-Həftəboyu iş qrafikinin ağırlığından özünü çox yorğun hiss edirsən.

Məşhur filmlərimizin birində deyildiyi kimi: "Adam özünü harada rahatladar? Hamamda!”

Bəli, hamam səfası həm canını rahatladacaq, həm də əhvalını yüksəldəcək.

Həm bədəninə, həm də üz dərinə qulluq etmək

və dincəlmək üçün SPA- prosedurlarının əsl yeri var!

Rəfiqələrinlə ayrı - ayrılıqda həm dincələcək, həm də gözəlləşəcəksiniz...
loading...
  • 30-08-2016, 12:00
  • 475
  • 1
Offline
  • Şərh №: 1
  • 13 iyun 2018 21:50
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Viagra Rezeptfrei Bestellen Painkillers Online Keflex And Cellulitis buy generic cialis Cialis Generique Moins Cher Priligy Dapoxetina Italia Zithromax Allergy Penicillin

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər