Özəl:

Kral və dəyirmançı



Kral və dəyirmançı
Alman kralı ll Frederick, 1750-ci ildə Postdamdan keçərkən oranı çox bəyənir və "mənə burada bir saray tikin" əmrini verir. Ertəsi gün kralın adamları ora gedərkən, həmin yerdə köhnə bir dəyirman görürlər. Adamlar qapını döyürlər və yaşlı bir dəyirmançı qapını açır:
- Buyurun? 
- Bizi kral göndərdi. Buranı görüb çox bəyəndi. Satın alacaq, qiyməti nə qədərdir? 
- Satmıram ki, nə pulu?
- Axmaqsan? Kral istədi deyirik.
- Mənə nə?! Mən satmadıqdan sonra kimsə ala bilməz. 
Adamları gəlib krala deyirlər ki:
- Zataliləri, bəyəndiyiniz yerdəki dəyirmançı dəlidir. "Satmıram" deyir. 
- Çağırın görüm mənə bu adamı.
Dəyirmançı gəlib kralın qarşısında dayanır. ll Frederick:
- Səhv başa düşmüsünüz deyəsən bəy əfəndi, mən oranı satın almaq istəyirəm. Nə qədərdir qiyməti?
- Xeyr səhv bilmirəm, adamların da dünən bunu dedilər. Satmıram..!
- Bəy əfəndi, inad etməyin, pulunuzu artıqlamasıyla verəcəyəm. 
- Sən bir kralsan və pulun çoxdur. Get Almaniyanın hər yerində saray tikdir. Buranı məndən əvvəl atam işlədirdi. Ona da atasından qalıb. Mən də övladıma verəcəyəm. Satmıram..!
ll Frederick ayağa qalxır:
- Unutma ki mən kralam..!
Dəyirmançı baxır və halını pozmadan:
- Sən də unutma ki, Berlində hakimlər var..!

Kral və dəyirmançı
P.S. Bu gün bütün inkişaf etmiş ölkələr hüquq fakültələrində bu hadisəni danışırlar. "Berlində hakimlər var..!"
İllərdir ki, Postdamda Sansosi sarayı və Dəyirman yan-yanadır. Kral və dəyirmançı ədalətlə qonşu oldular. Səhərlər ll Frederick arxa bağçaya çıxdığı zaman dəyirmançı ona səslənərmiş:
- Eyy, Frederick, çörək bişirdim, göndərimmi?
Bu haqda ll Frederick danışarkən deyirmiş ki:
- Ədalət hər səhər mənə isti bir çörək qoxusuyla gəlirdi.

loading...
Offline
  • Şərh №: 2
  • 16 iyul 2016 07:20
  • Xəbər sayı: 0
  • Şərh sayı: 28
Zaman gelecek edalet her yerde qalib gelecek
Offline
  • Şərh №: 1
  • 16 iyul 2016 01:32
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
İlk defedir ki ewiderem.maraqli oldu oxumaq .tewekkuler

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər