Özəl:

Ağrı hissi



Ağrı hissi
Ağrı hissi bədənimizdə mövcud olan müdafiə sisteminin bir hissəsidir. Bu hiss sağlamlığa mənfi təsir edən vəziyyətin yarandığını bildirir və bu mənfi təsirə qarşı tədbir almaq üçün bədənə dəyən fiziki zərərin minimuma endirilməsini təmin edir. Belə ki, insan ağrı hiss edirsə, onu aradan qaldırmaq üçün tədbir görür və bədənə dəyən zərərin qarşısını alır. Məsələn, əli qaynar suda yanan insan ağrı hiss etdiyi üçün dərhal əlini sudan çıxararaq dərisinin zərər görməsinin qarşısını alır.

Ağrı hissi
Digər hallarda yaranan ağrı hissi davam edərsə tibbi üsullara, qoruyucu tədbirlərə əl atır və ya bədəninin hər hansı bir yerində yaranan ağrı nəticəsində həkimə gedərək xəstəliyi şiddətlənmədən onun qarşısını alır.
Bunu qeyd etmək lazımdır ki, ağrı hissi insan üçün narahatedici olsa da Allah bu hissi bizə verməsəydi, bədənimiz zərər görəndə reaksiyamız olmaz və ciddi sağlamlıq problemləri yaranardı. Bu hissin böyük rəhmət olduğunu xatırladan həqiqət isə "anadangəlmə analgeziya” adlanan və ağrıya qarşı reaksiyanın olmaması xəstəliyidir.

Ağrı hissi
Allahın "...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 216)” ayəsində bildirdiyi kimi, zərərli kimi görünən və insanlar üçün narahatlıq yaradan ağrı hissi, əslində, insan üçün çox xeyirdir
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər