Özəl:

Yüksək effektli insanların 7 vərdişi



Yüksək effektli insanların 7 vərdişi
Kitabı oxuduqca özünüzə kənardan baxmağa çalışın. Fikrən otağın uzaq bir küncünə çəkilib özünüzə - stolun arxasında kitab oxuyan adama baxın. Özünüzə başqasının gözü ilə baxa bilirsinizmi? 

İndi isə belə bir şey edin. İndiki ovqatınız haqda düşünün. Onu müəyyən edə bilirsinizmi? Nə hiss edirsiniz? Hazırki psixoloji vəziyyətinizi necə təsvir edərdiniz? 

İndi bir anlığa fikirləşin, görün, düşüncəniz necə işləyir. Sürətlə işləyirmi? Aydındırmı? Hiss edirsinizmi ki, bu intellektual tapşırıqlar və onların mənasını başa düşmək arasında dara çəkilmisiniz? 

Sizin indicə etdiyinizi yalnız insan edə bilər. Heyvanlarda belə qabiliyyət yoxdur. Biz onu " özünü anlama”, yaxud öz düşüncə prosesini təhlil etmək bacarığı adlandırırıq. Bax, buna görə insan dünyada dominant rol oynayır və nəsildən-nəsilə inkişaf etməkdə davam edir. 

Bu qabiliyyət bizə imkan verir ki, həm öz təcrübəmizdən , həm də başqalarının təcrübəsindən faydalanaq. Bu qabiliyyət sayəsində biz yeni vərdişlər qazanırıq, lazımsız vərdişləri isə tərgidirik. 
Biz hisslərimizin eyni deyilik. Biz əhval-ruhiyyəmizin eyni deyilik. Hətta öz fikirlərimizin də eyni deyilik. Bu şeylər haqqında fikirləşməyimiz faktdır, bu fakt bizi onlardan və heyvanlar aləmindən ayırır. Özünü anlama qabiliyyətimiz hətta kənardan özümüzü necə "görməyimizi” yoxlamağa, öz paradiqmamızı – effektivliyin ən fundamental paradiqmasını görməyə imkan verir. Özünü anlama təkcə münasibət və davranışımıza deyil, həmçinin başqa adamları necə görməyimizə də təsir edir. 

Əslində, özümüzü ( və başqalarını ) necə görməyimizi nəzərə almasaq, başa düşə bilmərik ki, başqaları özünü necə görür, özünü və ətraf aləmi necə dərk edir. Özümüz də başa düşmədən, öz niyyətimizi onların davranışı üzəridə proyeksiya edib hesab edəcəyik ki, biz obyektivik. 

Bu həm potensialımızı, həm də başqaları ilə qarşılıqlı təsir qabiliyyətimizi ciddi şəkildə məhdudlaşdırır. Amma insanın nadir qabiliyyəti olan özünü anlama sayəsində biz öz paradiqmalarımızı qiymətləndirərək dərk edirik ki, onlar gerçəkdirmi, ya da prinsiplərə əsaslanırmı, yoxsa şərtidir, şəraitdən doğur. 

" Yüksək effektli insanların 7 vərdişi” kitabından
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər