Özəl:

Zəngin insanların əsla etməyəcəyi maddi səhvlər



Zəngin insanların əsla etməyəcəyi maddi səhvlər
Zəngin insanların əsla etməyəcəyi maddi səhvlər vardır. Zəngin olma yolunda davranışlarınızda bəzi mental dəyişikliklər etməyiniz lazım olacaq. Bir dəfə lazımlı tənzimləmələri etdikdə, həyatınızda yaradacağı müsbət təsirin başladığını görəcəksiniz. Sərvət əldə etmək burda əsas məqsəd olsa da, bu yolda kimə və nəyə dönüşdüyünüz də vacibdir. Şəxsi ləyaqəti qorumaq kimi...BUYURUN! Zəngin insanların əsla etmədiyi 10 maliyyə səhvi:

1.Özünə investisiya etməmək

Amerikanın ilk milyoneri Benjamin Franklin, bu sözü ilə xatırlanır: "Biliyə edilən investisiya ən yüksək qazancı gətirər”. Zəngin və müvəffəqiyyətli insanlar işçilərini seminarlara göndərir, onlara yol göstərirlər.

2.Davamlı əyləncəyə yönəlmək

İnsanlar ümumiyyətlə maaşlarını yanlış yerlərə xərcləməkdədirlər. Pulunuzu və zamanınızı davamlı sizi müvəqqəti olaraq gerçək həyatdan uzaqlaşdıracaq əyləncələrlə xərcləməyin, onun yerinə zamanınızı qiymətli istifadə və pulunuzu da xəyallarınız üçün sərmayə olaraq istifadə edin.

3.Kredit kartı ilə alver etmək

Bir çox insan nağd olaraq satın ala bilməyəcəyi şeylər üçün kredit kartlarını istifadə edərək böyük borclara girirlər. Bu faciə bir çox insanı aylarla kredit və faizini ödəməklə baş başa buraxır. Əgər bir adam zəngin olmaq istəyirsə, kredit kartını işini böyütmək və özünü inkişaf etdirmək üçün istifadə etməlidir, fərdi xərcləri üçün deyil.

4.Həyat yoldaşınızdan maliyyə vəziyyətini gizlətmək

Bu gün bir çox evli cütlük evdə pul haqqında danışmır. Bu vəziyyət onları narahat etməkdə, hətta, müzakirələrə səbəb olmaqdadır. Maddi vəziyyətinizi və gəlirlərinizi yoldaşınızla paylaşmadan zəngin olmağınız mümkün deyil. Əgər birlikdə bir həyatı paylaşırsa, yaşam səviyyənizi yüksəltmək üçün maliyyə vəziyyətiniz haqqında bir – birinizə qarşı açıq olmalısınız.
 
5.İpoteka ilə ev almaq
Əgər zəngin bir adam evini ipoteka sistemi ilə alırsa, o əslində zəngin deyil. Zəngin insanlar kirada oturub maddi vəziyyətləri əl verdiyi zaman öz evlərini nağd olaraq satın alırlar.

6.Ənənəvi pensiya sistemi

Pensiya sistemi zəngin olmaq istəyənlərin qarşısında maneə təşkil etməkdədir. Sərvətinizi gənc vaxtlarınızda meydana gətirməyə başlamalısınız.

7.Keyfiyyəti aşağı məhsul almaq

Əgər keyfiyyəti aşağı məhsullar alsanız, sizi yarı yolda buraxma ehtimalı yüksəkdir və nəticələrinə dözmək məcburiyyətində qalarsınız. Ucuz və keyfiyyəti aşağı məhsullar yerinə, əgər edə bilirsinizsə ən keyfiyyətli məhsulu alın və ya ala biləcəyinizin ən keyfiyyətlisini alın. Qorxmayın! Zəngin insanlar 10 manata hər il yeni t-shirt almaqdansa, 40 manat verib 4 il dözəcək bir t-shirt almağı seçirlər.

8. Əyləncədən məhrum olmaq

Həftənin 50 saatı çalışarkən, insanlar davamlı tətilə çıxacaqları zamanın xəyalini qurarlar. Ən sonunda tətilə çıxdıqlarında isə, ümumiyyətlə, yalnız işlərini düşünürlər. Gerçəkdə zəngin olmaq, istər 20 manat olsun istər 200 manat, sahib olduğunuz pulla əylənməyi tələb edir. Pulunuz, siz qoyduğunuz zaman çoxalacaq; ancaq daha əvvəl də ifadə etdiyimiz kimi pulunuzu davamlı əyləncəyə xərcləməməlisiniz. Həyatda nədən zövq alırsınızsa pulunuzla onu etməyə çalışmalısınız.

9. Pul yığmamaq

Zəngin insanlar aylıq qazancının 10 faizini saxlayırlar. Bir çox insan ehtiyacı olmayan şeyləri almağa meyillidir. Bankda bir miqdar pulu olduğu zaman avtomatik olaraq "ehtiyac” olaraq gördüyü amma əslində ehtiyacı olmayan şeyləri satın alırlar. Bu düşüncədən xilas olmalısınız. Zəngin insanlar ehtiyacları olsa belə çox nadir olaraq özləri üçün fərdi kredit götürürlər. Qənaət etməyi unutmayın.

10. Pul üçün işləmək

Dünyanın böyük bir qismi bu gün pul üçün çalışır; ancaq zəngin insanlar pulun özləri üçün çalışmasını təmin edərlər. Zəngin insanlar, maddi sərvətin cəmiyyətə olan marağın ümumi məbləği olduğunu bilirlər. Buna görə əsla pul üçün işləmirlər.

Unutmayın, bu təkliflər sizi zəngin etməkdən çox, bu zənginliyə gedən yolda kim olacağınızla əlaqəlidir.
loading...
Offline
  • Şərh №: 1
  • 27 iyul 2016 16:16
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
Duzgun qeyd edilib...Insan zengin olmaq istese Bunun ucun sey gostermelidir....

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər