Tanınmış araşdırmaçılar Viktoriya Klark və Melissa Skott dünya tarixinə
damğa vuran diktatorların qidalanma rejimlərini araşdırıb. Onların
ərsəyə gətirdikləri "Dictators' Dinners” ("Diktatorlarin axşam
yeməkləri”) adlı kitabda Hitlerdən Mussoliniyə, Stalindən Səddam
Hüseyinə kimi bir çox diktatorun damaq zövqünə dair maraqlı məlumatlar
yer alıb.
Hitler: saxta vegetarian
Gəlmiş-keçmiş ən
əzazil diktatorlardan olan Hitler özünü vegetarian kimi təqdim edirdi.
Lakin onu vegetarian hesab etmək olmazdı. Çünki nadir hallarda da olsa
ət və ət məhsulları yeyirdi. Sadəcə olaraq, həzm problemindən əziyyət
çəkdiyi üçün ət və xəmir xörəkləri yeyəndə narahat olurdu.
O, da
digər bütün diktatorlar kimi zəhərlənməkdən qorxurdu. Ona görə də,
yeməklər Hitlerin önünə gətirilməzdən öncə 15 nəfər tərəfindən
dadılırdı. Onlar 1 saat içində ölməsələr, Hitler rahatlıqla yeməyini
yeyirdi.
O, ən çox aşpaz Margo Uolfun yeməklərini xoşlayırdı. Xanım
Marqo öz xatirələrində Hitlərin ən çox sevdiyi yeməklərin tərəvəz
şorbası, közdə bişmiş qırmızı bibər və plov olduğunu yazıb.
Mussolini: sarımsaq qoxan diktator
Mussolini hər fürsətdə Fransız mətbəxini pisləyir, İtaliyanın dünyanın ən ləzzətli mətbəxinə sahib olduğunu deyirdi.
Yeməyini
evdə - həyat yoldaşı və 5 övladı ilə yeməyi xoşlayırdı. Həmişə eyni
saatda süfrə başında olurdu. Qocalmağa başladığını hiss edəndə İtalyan
mətbəxindən vaz keçib. Heyranı olduğu Mahatma Qandi ilə Bernard Şounun
izindən gedərək vegetarian olub. Həmin dövrdə ən sevdiyi yemək limon
suyu və zeytun yağı ilə dadlandırılmış yabanı sarımsaq salatı imiş. Hər
axşam bu salatdan bir kasa yeyirmiş. Vəziyyət o yerə gəlibmiş ki,
Mussolini daim sarımsaq qoxuduğu üçün həyat yoldaşı Rakele onunla eyni
yatağı paylşamaqdan imtina edib.
Səddam: "Dənizdən nə çıxsa, yeyərəm”
Səddam
Hüseyn kökəlməkdən qorxurdu. Ona görə də, yeməyi kiçik porsiyalarda
yeyirdi. Çox vaxt boşqabındakı yeməyin yarısını saxlayırdı. Təmizlik
xəstəsi olduğu üçün tez-tez mətbəxdə gigiyena qaydalarına əməl
edilib-edilmədiyini yoxlayırdı.
Səhər yeməyində dəvə südü, çörək və
bal yeyirdi. Günorta və axşam yeməyində isə dəniz məhsullarına üstünlük
verirdi. Demək olar ki, hər gün balıq yeyirdi. Xərçəng də həftdə 3-4
dəfə yediyi qidalardan idi. "Dənizdən nə çıxsa, yeyərəm”, deyən
diktatorun ən sevimli yeməyi də balıqlardan hazırlanırdı. Kefal və ya
alabalıqdan hazırlanan "Masgouf” adlı yeməyi çox xoşlayırdı. Bir dəfə
Fransa prezidenti Jak Şirak İraqa səfəri zamanı bu yeməyi yeyib çox
bəyənir. Səddam dərhal 1.5 ton kefal və yemək üçün lazım gələn digər
məhsulları prezidentin təyyarəsinə yüklədir. Yeməyi bişirmələri üçün isə
Fransa prezidentinə iki yaxşı aşpazını göndərir.
Qəddafi: gündə 1 litr dəvə südü
Qəddafinin
vaz keçilməz qidası dəvə südü idi. Hər gün 1 litr dəvə südü içirdi.
Səhər yeməyi zamanı süfrəsində qızğın qumda bişmiş çörək və yumurta
olurdu. Qəddafi də İtalyan yeməklərinə heyran olan diktatorlar
sırasındadır. O bir dəfə makaronu nə qədər çox sevdiyini bu sözlərə
ifadə edib: "Hər gün makaron yesəm, yenə bezmərəm”. Makarondan
hazırlanan "Mbekbka” adlı yeməyi çox xoşlayırdı. Bu yeməyi hazırlamaq
olduqca asandır. Aşpazlar makaronu soğan, tomat pastası, acı qırmızı
bibər və zəfərandan hazırlanan sousda bişirirdilər. Bu sousun tərkibinə
bəzən quzu əti, noxud və sarımsaq da əlavə edilirdi.
Qəddafi yeməklərində təkcə zeytun yağından istifadə edilməsini istəyirdi. Hər yeməkdən sonra mütləq yaşıl çay içirdi.
loading...