Özəl:

Yayda bu filmlərə mütləq baxın



Yayda bu filmlərə mütləq baxın
Yay ancaq istirahət mövsümü deyil, həm də Kann Kinofestivalında nümayiş olunan yeni filmlərə baxmaq üçün yaxşı vaxtdır.
 
"Maliyyə nəhəngi"
Codi Foster filmlərdə çox nadir hallarda çəkilir, əvəzində özü tez-tez film çəkir. "Maliyyə nəhəngi" isə sayca onun dördüncü tammetrajlı filmidir. Corc Kluni filmdə teleulduz və Uoll-Stritin maliyyə məsləhətçisi rolunu oynayır, Cek Odonnell isə "kamaz” şoferini canlandırır, hansı ki bir dəfə maliyyəçinin məsləhətinə əməl edib və müflis olub. Bu hadisədən sonra zərərçəkən şəxs maliyyəçini canlı yayımda girov götürür. Culia Roberts isə şounun rejissoru rolunda çəkilib.

Foster bir tərəfdən, kapitalizm ilə triller arasında balansı qorumağa çalışır və bu, onda yaxşı alınır. Digər tərəfdən,Uoll-Stritin şərəfsiz maliyyə sistemini tənqid

"Böyük sıçrayış"

Böyük stadionlarda tamaşaçı toplayan rok-ulduzu (Tilda Suinton) fotoqraf məşuqu ilə birlikdə Siciliyada dincəlir. Onun köhnə sevgilisi (Reyf Fayns) ilə qızının (Dakota Conson) ora gəlməsi isə cütlüyün planlarını alt-üst edir. Əsas hadisələr də bundan sonra cərəyan edir. "Böyük sıçrayış" filmi erotik trillerdir. Burada həm seks, həm qan, həm xəyanət var. Film İtaliyanın günəşli çimərliklərində və gözəl əyalətlərində çəkilib. Bu isə o deməkdir ki, filmdə yayın bütün xüsusiyyətləri əks olunub.

"Dori axtarışında”

"Pixar” studiyasının yeni istehsalı olan cizgi filmi "Nemo axtarışında” adlı sevilən cizgi filminin davamıdır. Amma tamaşaçılar burada başqa qəhrəmanlarla da tanış olacaq. Sujetin əsas qəhrəmanı Dori valideynlərini tapmaq ümidi ilə qısamüddətli səfərə çıxır. Cizgi filmini izləyənlərin fikrincə, sözügedən ekran əsəri bu yayın təsirli işlərindən biridir. "Pixar” ənənəsinə sadiq qalaraq öz nüfuzunu qoruyub saxlayır. Quruluşu rejissor Endryu Strentondur.

"Möhtəşəm oğlanlar"

Film detektiv komediya janrında çəkilib. Filmdəki hadisələr 1970-ci illərə təsadüf edir və bir-biri ilə yola getməyən iki polisdən (Rayan Qoslinq və Rassel Krou) bəhs edir. Polis işçiləri müəmmalı şəkildə öldürülən porno ulduzun qətlini araşdırır. Tədricən insidentə aidiyyatı olanlar da ölür və dostlar arasında fikir ayrılıqları yaranır. Filmin baş qəhrəmanları 70-ci illərin dəbinə uyğun geyinib, bu isə oğlanları gülməli göstətir.

"Tarzan əfsanəsi”
"Tarzan əfsanəsi” bu, barədə çəkilmiş sayca 89-cu filmdir. Ekran əsəri Conni Vaysmyullerin köhnə filmlərinin təkrarı deyil. Tarzan doğma adaya artıq londonlu aristokrat kimi qayıdır. Onun qayıdışının əsas məqsədi adadakı mühüm almaz mədənini ələ keçirməyə çalışan belçikalı cinayətkarı oradan qovmaqdır. Filmin rejissoru Devid Yetsdir, baş rollarda Aleksandr Skarsqrad, Marqo Robbi və Kristof Valç çəkilib.

"Dağıntı"

Komediya janrında çəkilmiş film avtomobil qəzasında həyat yoldaşını itirmiş investisiya bankirinin özünü sakitləşdirmək üçün baton şokolad yeməsi haqqındadır. Alış-veriş zamanı avtomat işləmir, bankir hirsindən avtomatı dağıdır, daha sonra isə şirkətə şikayət yazır. Nədənsə onun şikayətində əsas mövzu bir kənara qalır və o, məhəbbət tarixçəsindən yazmağa başlayır. "Dağıntı" son illərin ən perspektivli ekran əsəri sayılır.

"Böyük və xeyirxah nəhəng"

Bu, Spilberqin il ərzində çəkdiyi ikinci filmidir. "Casus körpüsü” filmində rejissor tamaşaçı ilə soyuq müharibə fonunda humanizm haqqında danışırdı. İkinci film isə Roald Dalyanın disney nağılları kitabı əsasında çəkilib. Nəhənglər ölkəsinə düşən balaca Sofi onlar arasında yeganə xeyirxah insandır və onun əsas işi uşaqların ancaq yaxşı yuxular görməsinə nəzarət etməkdir. Kann kinofestivalında bu filmə baxanlar Spilberqin daha bir uşaq klassikasına imza atdığını qeyd edib.

"Sonsuzluq"
Treyler bu yayın ən baxımlı filmləri siyahısına daxil olmağa layiqdir. Süjetə görə, filmin qəhrəmanları Kris Payna, Zakari Kuinto, Peqqa və digərləri yad planetə, düşmənlərin əhatəsinə düşür. Düşmən dəstəsinə qrimlə tamamilə tanınmaz hala düşən İdris Elba onların başçılıq edir. Fantastik janrda çəkilmiş film macərapərəstlərin çox xoşuna gələcək.

"Kübar həyat”

"İrrasional adam"-dan fərqli olaraq, Vudi Allenin növbəti filminin süjeti daha yüngüldür. Film 30-cu illərdə Hollivudda karyera dalınca gələn acgöz və avara gəncin (Cessi Ayzenberq) başına gələnlərdən bəhs edir. Sonra o, öz əmisinin katibəsinə (Kristen Stüart) aşiq olur. Aşiq olduğu qadının sevgisini qazanmaq üçün bu gənc kübar həyata, yüksək cəmiyyətə daxil olmağa çalışır və bu yolda bir çox problemlərlə üzləşir.

"Ovçular”

Bill Mürrey "Ovçular" filminin üçüncü hissəsində çəkilməkdən imtina etdikdən sonra studiya növbəti seriyada baş rolları dörd komediya aktyoruna: Adi Makkarti, Kristen Uiq, Keyt Makkinnon və Lesli Consa həvalə etməyi qərara alıb. Baş rollarda qızların çəkildiyini nəzərə alsaq, film çox əyləncəlidir. Kino tənqidçiləri bu filmi "Veqasda subaylığın son gecəsi” ilə müqayisə edir və onun qız versiyanın olduğunu deyir.

"Neon iblis"

Bu film Kann film festivalında qalmaqala səbəb oldu. Rejissor Nikolas Vindinq Refn Rayan Qoslinqlə əməkdaşlıqdan imtina etdi və daha az maliyyə tələb edən film çəkdi. Filmdə baş rolu El Fanninq canlandırır. O, Lon-Ancelesdə gözəlliyin kult sayıldığı moda aləminə düşür. Qızın rəqibləri isə onu məhv etmək üçün hər an məqamı gözləyir. Tezliklə qəhrəman artıq başa düşmür ki, sağlam düşüncəsini itirməyə başlayır və o, reallıqla qarabasmaları bir-birindən seçə bilmir.

"Adam - İsveçrə bıçağı"

Süjetin qısa təsviri, yumşaq desək, şübhəlidir. Deniel Redkliff meyitə qazlar buraxır, Pol Dano isə onların köməyi ilə əhalisiz adadan çıxmaq üçün bu qazları istifadə edir. Film tənqid olunmasına baxmayaraq, humanizm və dostluq haqqındadır.

"İntihar edənlər dəstəsi"

Bu film müsbət qəhrəmanlar deyil, canilər barəsindədir. Filmdə baş rolları Uill Smit, Cared Leto, Karla Delevin və Marqo Robbi canlandırır. Onları və digər yaramazları həbsxanadan azad edib, onları məhv olduqları yerə göndərirlər.

"Cənab"

Pak Çxan Uk Koreya kinematoqrafiyasında son yarım əsrdə baş vermiş ən yaxşı hadisədir. Film Sari Uotersin "İncə iş” ingilis romanı əsasında ekranlaşdırılıb. Yetim qız zəngin yapon xanımının evində qulluqçu kimi işə düzəlir. Daha sonra o, evin sahibi ilə dostlaşır və ona aşiq olur. Film sırf romantik janrda çəkilib, həmçinin lezbiyanların həssas və ehtiraslı erotik səhnələri ilə doludur.

"Cülyetta”

Pedro Almodovaranın yeni filmi Madridin əlli yaşlı sakini və onun evi tərk edib bir daha geri qayıtmayan qızından bəhs edir. Günlərin bir günü Cülyettanın rəfiqəsi onun qızını həyat yoldaşı və uşaqları ilə birlikdə İtaliyada gördüyünü deyir. Bundan sonra Cülyettanın həyatı tamamilə dəyişir. Filmin baş qəhrəmanı güclü xarakterli və keçmişi tapmacalarla dolu olan qadındır.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər