Özəl:

"Bir Qadın"



- Bir gün gələr, fani adlandırdığın həyata, vecsiz olan bir cana, bir qadın daxil olar. Ruhun gözəlləşər, təqvimin, yalnız rəqəmlərdən ibarət olmaz. Dəyişərsən, geyimini dəyişərsən, xəyallarınıda canlandırdığın Badu-kübəni dəyişərsən. Kövrək musiqiləri, sevgi dolu nəğmələrlə əvəz edib, playlistinə əlavə edərsən. Həyatına biri daxil olar,
- Bir qadın.
- Baxışları, Paris ətirləri qədər özəl, sözləri İncildən götürülmüş müqəddəs kəlamlar.Sabah yuxudan oyandıqda, əlin avtomatik olaraq telefonu axtarar. Və oxumaq istədiyin üç söz,
- Sabahın xeyir sevgili...
- Ürək, döyüntüsünü, səndə gülüşün çoxaldarsan. Xəyalların otaqlarını artırar, dörd künc saydığın kürə, dairədən ibarət olar o gün. Çox sevər səni, səni çox sevər,
- O qadın...
- Hər gün "necəsən?" deyə soruşar. Bilir eyni cavabı verəcəksən, amma yenədə sorar. Düzdür, ana qayğısı göstərə bilməz əsla, amma övladına analıq nəvazişini hiss elətdirər. Qorxar, sənə bir şey olacaq deyə, özünü fikirlərə qərq edər. Səni çox sevər. Çox sevər səni,
- Bir qadın.
- Bu şəhərdə yaşar, küçələrindən keçər deyə, sevərsən. Sevərsən bu şəhəri, bu küçələri. Həyatda dörd fəsilin olması nəyinə gərək, o sənə hər zaman "yazı" yaşadar.Bir zaman palçıq adlandırdığın yağışı, soyuqdan ibarət olduğunu zənn etdiyin qışı, sənə özəl etdirər. Hər zaman "bu gün nə etdin?" deyə maraqlanar sənlə.Səni çox sevər, çox sevər səni,
- Bir qadın.
- Zamanla onun nəyə qadir olduğunu anlarsan. Zərif olmasına baxma, sənə bir şey olsa, gözlərinin qızartısından, gözlərinə baxa bilməz heç kim. Günşdən çox isti, günəşdən çox qamaşdırar gözləri...
- Sirrini bölüşmək istəsən, dost-tanış boş şeydi,y bir qadına de. Sən desən belə, o əsla heç kimə anlatmaz sirrini. Düşünər, hər saniyənə düşünər "nə edirsən?" deyə. Səni çox sevər, çox sevər səni,
- Bir qadın.....
- Süleyman Əliyev
loading...
Offline
  • Şərh №: 1
  • 19 iyul 2016 01:07
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
Cox maraqli yazidir.cox beyendim.doqrudanda eledir.tewekkuler paylawim ucun.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər