Özəl:

Yayın qaynar trendi: əlləri, ayaqları xınalı qızlar



Yayın qaynar trendi: əlləri, ayaqları xınalı qızlar
Xına ilə bəzək sənəti mehendi və ya mendi adlanır. O, şərq qadınlarının çoxəsrlik gözəllik ritauallarının maraqlı səhifələrindən biridir.

Şərq motivlərinin həm gözəllik, həm də dəb sahəsində təsiri son illərdə açıq şəkildə hiss olunur.

Əlləri xına ilə bəzəmək də bu ilin əsas gözəllik trendlərindən biridir. Əlbəttə ki, xınanı yeni trend adlandırmaq olmaz. Şərq qadınları əsrlərdir ki, xınadan istifadə edir, gözəlliyini onun vasitəsi ilə vurğulayır. Amma yayın gəlişi ilə əlləri, ayaqları belə bir üsulla bəzəmək daha da aktual olur. Şərq mədəniyyəti üçün xarakterik olan mehendi peşəkar ustalar tərəfindən bədəninin müxtəlif hissələrinə naxış şəklində çəkilir. Bu, bir növ döyməyə bənzəyir və onun ən gözəl alternatividir. Üstəlik xına daha gözəl və qeyri-adi görünür. Lakin döymədən fərqli olaraq xına həm ağrısızdır, həm də qalıcı deyil.

Mehendi ənənəvi olaraq xına ilə çəkilir və dörd əsas kateqoriyaya bölünür: Hind ornamentləri, ərəb çiçək motivləri, həndəsi Afrika təsvirləri, qarışıq Asiya naxışları. Amma bunların tək birini seçmək mütləq deyil, bacarıqlı usta onları məharətlə qarışdıra bilər. Mehendi dəridə təxminən 2 həftə qala bilər və su ilə yuduqca tədricən çəkilir. Bəzəkləri istənilən hissədə çəkmək olar, amma ən populyar yerlər əl və ayaqlardır.

Mehendi pərəstişkarları arasında dünya ulduzları da az deyil: Madonna, Beyons və digər məşhurlar bədənini şərq ornamentləri və motivləri ilə bəzəməyi sevirlər.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər