Özəl:

Baş ağrısının bu səbəblərini bilmirdiniz



Baş ağrısının bu səbəblərini bilmirdiniz
Hər gün başınızın ağrımasından şikayətlənirsiniz? Səbəbini də ağır iş günü, stress, aclıq, yuxusuzluqla əlaqələndirib, özünüzə təskinlik verirsiniz. Hətta elə olur ki, şiddətli baş ağrısı gününüzü korlayır. Hər gün yaşadığınız baş ağrılarına önəm verməyib üstündən keçirsiniz. Beləliklə də, baş ağrısının xroniki hala gəlməsinə şərait yaradırsınız. Bəs bunun əsl səbəbini, niyə hər gün eyni halla rastlaşdığınızı heç düşünmüsünüzmü?

Baş ağrısının səbəbləri

Özünü çox tənqid etmək, qorxular, özünü sevməmək, qüsursuz olmaq üçün özünüzə həddən çox təzyiq etməniz, daxildə gizlənən hirs, qəzəb, cinsi qorxular. Həyatın axınına qarşı dirənmək, mübarizə aparmaq da baş ağrısına səbəb ola bilər. Əgər bunlara mane ola bilməsəniz, baş ağrıları daha ciddi xəstəliklərə yol aça bilər.

Bəlkə də hansısa cansıxıcı mövzudan qaçmaq üçün "başım ağrıdı, sonra danışarıq", - deməklə canınızı qurtamaq istəmisiniz və bu, hər zaman köməyinizə çatıb deyə vərdiş halına çevirmisiniz. Bu da hər gün baş ağrısından şikayətlənmənizin səbəbi ola bilər.

Baş ağrısının səbəbini tapıb ona qarşı müəyyən tədbir görsəniz, özünüzə yaxşılıq etmiş olarsınız. Əgər özünüzdən narazı olduğunuz üçün başınız tez-tez ağrıyırsa, onda ilk işiniz özünüzü yüksək qiymətləndirmək olmalıdır.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər