Özəl:

Hündürboy görünmək istəyənlər sınasın



Hündürboy görünmək istəyənlər sınasın
Əlbəttə ki, hündür boy hər kəsə qismət olmur. Qadınların çoxu bunu özünə kompleks edir, bəziləri gözəlliyini alçaq boyu ilə də vurğulaya biləcəyini düşünür, digərləri isə boyunu hündür göstərməyin yollarını axtarır. Bunun ilk ağıla gələn yolu hündür dabanlı ayaqqabı geyinməkdir. Lakin bununla yanaşı, geyimlərinizlə də hündür boylu təəssüratı yarada bilərsiniz.

V yaxalı koftalar

Sinə dekolteniz nə qədər dərindirsə, bədəninizin yuxarı hissəsi bir o qədər uzun və incə görünəcək. Bununla bərabər, dekolte və koftalarınızın boynunun V şəkilli olması da işinizə yarayacaq.

Monoxrom

Tək rəng geyinmək şaquli bir xətt yaradaraq, gözü yanıldacak və sizi daha uzun boylu göstərəcək.

Kapri geyinməyin

Cins şalvarlar sizin üçün qısa təəssüratı yaradır. Biləklər qıçların ən incə hissəsi olduğu üçün sizi incə də göstərir. Ancaq şalvarınızın boyu çox əhəmiyyətlidir. Qətiliklə kapri geyimlər seçməyin. Yalnız biləyinizin görünməsi kifayətdir.

Şalvarın ayaqlarını qatlamaq

Normal boydakı şalvarlarınızın ayaqlarını 1-2 dəfə qatlayın. Bu şərtlə ki, yalnız biləkləriniz görünsün. Bu da sizi hündür göstərəcək.

Balağı enli şalvarlar

Aşağıya doğru getdikcə enlənən şalvarlar qıçlarınızın daha uzun olması təəssüratını verəcək. Lakin bu şərtlə ki, şalvarın beli göbəkdən yuxarı olsun. Bu halda koftanızın şalvarın başladığı yerdə bitməsi lazımdır.

Qısa ətək

Əgər boyunuz qısadırsa, ətəyinizin boyu ya çox uzun, ya çox qısa olmalıdır. Lap qısa ətəklər artıqlaması ilə bədəni nümayiş etdirdiyi üçün daha uzun qıçalara sahib olduğunuz təəssüratını yaradacaq.

İti uclu ayaqqabılar

Əgər hər gün dikdaban ayaqqabı giyinmək istəmirsinizsə, o zaman özünüzə bir cüt iti uclu ayaqqabı alın. Bu forma qıçlarınızı daha uzun göstərəcək.

Çantaları kiçildin

Akssesuarlarınızı bədəninizə görə seçməyə diqqət edin. Məsələn, böyük çantalardan xilas olmağa başlayın. Çantalarınızın kiçik olması da sizin boyunuzun hündür olmasına təsir edir.
loading...
Offline
  • Şərh №: 1
  • 22 mart 2016 17:50
  • Xəbər sayı: 18
  • Şərh sayı: 198
boyum hundurdu

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər