Özəl:

Niyə köpürük?



Niyə köpürük?
Dәmәli, ilk köpmә yenidoğulmuşlarda baş verir. Çünki yenidoğulmuşlarda bağırsaq mikroflorası
olmur.
Ona görә dә bәlә uşaqlara hәr şәy vermәk olmaz. Yemәkdәn әvvәl şüyüd, razyana, cirә, zirә
kimi bağırsaqların hәrәkәtini artıran bitkilәri dәmlәyib, vermәk lazımdır. Yaxşı olar ki, bu
mәqsәdlә sintetik dәrmanlardan istifadә edib, uşaqlarınızı zәhәrlәmәyәsiniz. Elәcә dә yenidoğulmuşlarda qarında sancılar olur. Buna görә 2 xörәk qaşığı nanә yarpağını 100 qram
zeytun yağının içinә atıb adi sobanın (otapleniyanın) üstündә 2 hәftә saxlayasınız. Sonra süzüb
alınmış nanә yağı ile qarın nahiyyәsini üstdәn aşağı vә dәyirmi formada saat әqrәbi istiqamәtindә
yavaş­yavaş masaj edәsiniz.

Böyüklәrdә köpmә
Әgәr köpmәdәn әziyyәt çәkirsinizsә әvvәlcә hәyat tәrzinizi dәyişin, çox gәzin, salatları, göyәrtilәri
yemәkdәn әvvәl meyvә yәmәyә başlayın. Әgәr nәticә olmasa hәkimә gedin, sәbәblәri
dәqiqlәşdirin.
Demәli, köp olmanın bir neçә sәbәbi vardır. Mәsәlәn, fermentativ aktivlik aşağı düşür. öd ifrazı
azalır vә ya mәdәaltı vәzin fәaliyyәti zәiflәyir. Bu zaman ödqovucu tәsir göstәrәn dәrman
bitkilәrindәn vә terkibndә zәngin inulin olan dәrman bitkilәrindәn dәmlәyib içmәk lazımdır:

­ Dağ tәrxunu – 100 qram
­ Andız kökü – 100 qram
­ Ud hindi – 100 qram
­ Qızılçәtır otu – 50 qram

Bu bitkilәri bir­birinә qarışdırın, qarışıqdan 2 xörәk qaşığı üç stәkan suda dәmlәmә edin, termosa
tökün vә gündә 3 dәfә yemәkdәn әvvәl bir stәkan için, acı olsa bal әlavә edә bilәrsiniz.
Köpmә bәzәn mәdә mәnşәli ola bilir, bәlә ki, yemәk yeyilir amma normal hәzmә getmir, sanki
mәdәdә ilişib qalır. Bu çox hallarda mәdәdә turşu ifrazının azalması zamanı baş verir.
­ Zәncәfil – 100 qram
­ Kәcәvәr – 100 qram
­ Yovşan – 100 qram
­ Zәyrәk – 100 qram

Bitkilәr yuxarıdakı formada dәmlәnilib içilir.
Köpmә halları bağırsaq mәnşәlindәn ola bilir. Belә ki, bağırsaqların hәrәki feallığı azalır bu
zaman yeyin­yeyin gәzmәk lazımdır. Gündә 5 km hәrәkәt bağısaqları işlәmәyә mәcbur edir vә
tәrkibindәki efirli birlәşmәlәr olan dәrman bitkilәri dә bağırsaqların hәrәki fәaliyyәtini artırır.
Cirә, Razyana, Qaraqınıq, Pişikotu vә Kәcәvәr kimi bitkilәrin hәrәsindәn 100 qram bir­birinә
qarışdırın, qarışıqdan 2 xörәk qaşığı üç stәkan suda dәmlәmә edin, yemәkdәn әvvәl bir stәkan
için.
Bәzi hallarda ağır yük götürәn zaman mәdә bağırsaq müsaqirәlәri sallana bilir, bu zaman әlinizi
mәdәnizin vә ya bağırsağınızın üstünә qoyanda, sanki ürәyiniz orda vurur. Bu zaman aşağıdan
yuxarı qarın nahiyәsi adi günәbaxan yağı ilә masaj olunur vә möhkәm bağlanılır. Bunu günde 1
dәfә olmaqla bir hәftә etmәk lazımdır.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər