Özəl:

Doğulduğun ay ürəyinə necə təsir edir?



Doğulduğun ay ürəyinə necə təsir edir?
Kolumbiya Universitetinin alimləri insanın doğulduğu ayla xəstəlik kodu arasında əlaqə olduğu ilə bağlı araşdırma aparıblar.
Araşdırma nəticəsində ümumilikdə 55 xəstəliyin doğum ayı ilə bağlı olduğu bildirilib.
Açıqlanan son statistikaya görə, ölümün 40 faizi ürək xəstəliklərindən qaynaqlanır. Professor Əli Mətn Esen aparılan son elmi araşdırmalar nəticəsində ürək xəstəlikləri və xroniki xəstəliklərin böyük  bir qisminin doğulduğumuz ayla əlaqəli olduğunu açıqlayıb. Onun sözlərinə görə, ürək xəstəlikləri üçün ən problemsiz aylar sentyabr, oktyabr, may, iyun aylarıdır. Ən riskli aylar isə yanvar, mart və apreldir.
Yanvar və aprel aylarında anadan olanlar daha çox risk daşıyır
Türkiyəli kardioloq bildirib ki, sentyabr-dekabr ayları arasında anadan olanlar ürək damar xəstəliklərinə qarşı müqavimətli olurlar, yanvar-aprel ayları arasında anadan olanlar isə əksinə, bu xəstəliyə daha meyilli olublar. O, "Buna səbəb ananın yanvar və mart ayları arasında keçirdiyi infeksiyalardır. Məsələn, 1918 H1N1 adı verilən qrip virusu ilə dünyaya gələn uşaqlar daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkirlər”- deyib.
Sağlam qidalanma və idman uzun həyatın sirridir
Kardioloq ürək çatışmazlığının ən çox mart ayında anadan olanlarda, yüksək təzyiq probleminin isə ən çox iyun ayında anadan olanlarda rast gəlindiyini ifadə edib.
Türkiyəli mütəxəssis sonda onu da bildirib ki, mövcud riskləri minimuma endirmək əslində, hər bir insanın öz əlindədir. Bunun üçün sağlam qidalanmaq və mütəmadi idman etmək lazımdır.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər