Özəl:

Duz xəbərdarlığı: qızlara olmaz!



Duz xəbərdarlığı: qızlara olmaz!
Sağlamlığın düşməni elan edilən duz haqqında alimlər daha bir xəbərdarlıq ediblər. Aparılan son araşdırmalar duzdan normadan artıq istifadə edənlərin sonsuzluq problemi ilə üzləşə biləcəyini göstərib.

YeniQadın.Biz bildirir ki, duz xüsusilə də qadınlara pis təsir göstərir. Belə ki, qadının ana olmaq şansını azaldır.

Uşaqlıqdan etibarən normadan artıq duz qəbul edənlərdə isə yetkinlik dövrü gecikir. Belə ki, normal insanlarda 13 yaşına kimi yetkinliyin əlamətləri olan döşlərin iriləşməsi, bəzi bölgələrdə tüklərin çıxması kimi hallar müşahidə edildiyi halda, duzdan çox istifadə edənlərdə bu proseslər 16-17 yaşına kimi gecikə bilir. Bu da bir sıra sağlamlıq problemlərinə gətirib çıxarır. Duz hormonlara da mənfi təsir edir. Qadınlarda  yumurtalığın funksiyasını pozur.
 
Dünya Səhiyyə Təşkilatı gündəlik duz ehtiyacının 5 qram olduğunu açıqlayıb. Süd, qaymaq və yumurta kimi qidalar təbii halda duz ehtiva edirlər. Ona görə də əlavə olaraq duzdan istifadəyə ehtiyac yoxdur. Mütəxəssislər insanların hazır qidalardan və çörəkdən çox istifadə etdikləri üçün həddən artıq duz istehlak etdiklərini bildirirlər. Meyvə və tərəvəzlə qidalanaraq bu təhlükənin qarşısını almaq olar.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər