Özəl:

Arzu haqqında aforizmlər



Arzu haqqında aforizmlər
Mənim ümmətim üçün arzu rəhmətdir.Əgər arzu olmasaydı,heç bir ana öz
övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi..
(Həzrəti Muhəmməd s.a.v)

İnsan haqqında onun düşüncələrindən daha çox,aruları əsasında
az-çox dəqiq fikir yürütmək mümkündür..
(İoahann Vofqanq Höte)

Hamının xoşuna gəlmək arzusu ən gülünc arzudur..
(İoahann Vofqanq Höte)

Həyatda ən böyük arzum axın adamlarıma sədaqətli olmaq,
cəmiyyətə xidmət etmək və qocalara yardım əli uzatmaqdır..
(Konfutsi)

Kimin ürəyi arzu və ümidlə doludursa,o,artıq gələcəkdə yaşayır..
(Leopold Şefer)

İnsan arzularının sonu yoxdur. Ağlı başında olan insan
gercəkləşməyəcək arzulara bel bağlamaz..
(İohann Lavater)

Yoxsul da olsan, varlı da olsan, arzularına
çatmaq üçün mütləq fədəkarlıq göstərməlisən..
(Çarzl Marden)

Qardaş, bilmədik ki göz yaşı dəlməz
Arzunun önündə duran dağları..
(Bəxtiyar Vahabzadə)

Göy qurşağını görməyi arzulayırsansa,
onda yağışda islanmağa da hazır ol..
(Dolli Parton)

Arzu və istəklərimiz azaldıqca sıxıntılarınız da azalacaq..
(Hyu Seymur Voulpol)

Arzularımız bizdən əsl istədiyimiz şeyi belə gizlədir..
(İohann Volfqanq Höte)

Arzudan daha qüdrətli, daha amansız maqnit ola bilməz.
(Fransua de Kurel)

Bir insanın rahatlığının və rifahının pozulması üçün çox
vaxt arzu dalınca qaçması kifayətdir..
(Alessandro Mndzoni)

Arzu həmişə ac gəzən fikirdir..
(Jül Renar)

Arzunu düşünmək onu daha da çoxaltmaq deməkdir..
(Emil Alen)

İlk arzunu yenmək onu təqib edən digərlərini qane
etməkdən daha asandır..
(Bencamin Franklin)

Arzu eləbir şeydir ki,heç doymaq bilməz.Bir çox insanların
həyatı arzularını təmin etmək yollarını axtarmaqla keçir..
(Aristotel)

Bu dünya tələdir, yemi də istəklər..
(Cəlaləddin Rumi)

Arzular gələcək haqqında xatirələrdir..
(Lev Davidoviç Landau)

Arzu həqiqətdən qaçmaq deyil, əksin,
ona yaxınlaşmaq üçün vasitədir..
(Uilyam Somerset Moem)

Arxalarınca getməyə cəsarətiniz varsa, bütün röyalar gerçəkləşə bilər..
(Volt Disney)

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər