Özəl:

Friedrich Nietzsche`dən sitatlar



Friedrich Nietzsche`dən sitatlar
* Bir dəfə səhv qatara mindinizsə koridordan tərs tərəfə getmənin heç bir faydası yoxdur!

* Bəzən insanlar gerçəklərə qulaqlarını tıxayarlar çünki xəyallarının yerlə bir olmasını istəməzlər... 

* Dəlilik, tək tək fərdlərdə seyrək görülən bir vəziyyətdir ancaq qruplar, partiyalar, xalqlar və çağlar üçün isə bir qaydaya çevrilmişdir.

* Qorxunc bir dərinlik olmadan, səthdə mükəmməl bir görünüş meydana gələ bilməz ...

* Ən uca dağlar ən dərin dənizlərdən çıxmışdır ən dərin ağrılardan doğular, ən dərin sevinclər... 

* Hər vərdiş əlimizi daha bacarıqlı, ağlımızı isə daha bacarıqsız hala gətirib çıxarar.

* Dünyanın ən uca taxtına da çıxsa, oturacağınız yer, öz qılçanızın üstüdür.

* Saxlanılan bütün gerçəklər zəhərlidir. 

* İnsan aşağı gördüyü müddətcə deyil yalnız bərabər ya da yüksək gördüyündə nifrət edər. 

* Yaxşı olduğun üçün hər kəsin sənə ədalətli davranacağını gözləmək,vegeterian olduğun üçün öküzün hücum etməyəcəyini düşünməyə bənzər. 

* Səni təriflədikləri müddətcə öz yolunda getdiyini sanma əsla başqasının yolunda gedirsən. 

* Öz savaşınızı başlatmalısınız öz düşüncələriniz uğrunda.Düşüncələriniz yenilsə belə, dürüstlüğünüz zəfər qışqırıqları atmalıdır bunun üçün.

* Ən insani davranış, bir insanın utanılacaq vəziyyətə düşməsinin qarşısını almaqdır.

* Quş olmayanın uçurumlar üzərinə yuva qurmaması lazımdır. 

* Ümid yalnız əziyyətin müddətini artırır.

* Ölüm güc bir şeydir. Ölümün son yaxşılığı, bir daha ölümün olmamasıdır. 

* Bəzi sirlər vardır tək dostlara izah ediləcək. Bəzi sirlər vardır dostlara belə izah edilməyəcək. Bəzi sirlər vardır özümüzə belə açıqlanmayacaq ... 

* Atanın gizlədiyi şey oğuldan ortaya çıxar. 

* İnsan səhvini bir başqasına etiraf etdiyində unudar onu amma çox zaman o biri insan bunu unutmaz.

* Yaxşıların axmaqlığında dibsiz bir hiyləgərlik var.

* Uçuruma gözlərinizi dikdiyinizdə o da eyni şeyi sizə edəcək.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər