Özəl:

Kiçik sözlər



Kiçik sözlər
1. Məni ərköyünləşdirməyin. Hər istədiyimin yerinə yetirilməməli olduğunu çox yaxşı bilirəm, yalnız sizi test edirəm!

2. Mənə qarşı intizamlı olmaqdan qorxmayın. Mən bunu seçirəm, özümü təhlükəsizlikdə, etibarda hiss edirəm.

3. Pis vərdişlər əldə etməyimə icazə verməyin. Bunların erkən dövrlərdə yoxlanıb qarşısının alınması barəsində sizə güvənirəm.

4. Olduğumdan da kiçik hiss etməyimə şərait yaratayın. Bu mənim təkbaşıma daha da çox axmaq hərəkət etməyimə səbəb ola bilər!

5. Əlindən gəlirsə məni başqa insanların qarşısında düzəltməyə çalışma. Əgər mənimlə xüsusilə, baş-başa və yavaşca danışsan çox təsirli olacaq.

6. Səhvlərimin günah olduğunu hiss etdirməyə çalış mənə. Bu mənim dəyərlərimi sarsıdır

7. Məni nəticələndən qoruma. Bəzən əziyyət çəkərək öyrənməliyəm.

8. "Sənə nifrət edirəm" deyəndə kədərlənmə. Bəzən nifrət etdiyim sən deyilsən; məni istiqamətləndirmək üçün istifadə etdiyin gücündür.

9. Kiçik xəstəliklərimə görə çox kədərlənmə. Bəzən bunlarla istədiyim, ehtiyacım olan münasibəti görürəm ətrafımda, səndə.

10. Şikayət etmə, deyinmə. Deyinsən, özümü sanki kar imişəm kimi qorumalı olacağam.

11. Özümü arzu etdiyim qədər yaxşı ifadə edə bilmədiyimi unutmayın. Buna görə hər vaxt doğru olmur söylədiklərim, etdiklərim.

12. Sual soruşanda ötürməyin, cavabı təxirə salmayın. Əgər belə etsəniz, artıq sual soruşmadığımı görəcəksiniz və cavabları, istədiyim məlumatları başqa yerdən axtaracağam.

13. Əsassız olmayın. Bu mənim ağlımı tamamilə qarışdırar və sizə etibarımı itirməyimə səbəb olar.

14. Qorxularımın axmaq olduğunu söyləməyin. Qorxularımı qorxunc şəkildə görsən və anlamağa çalışsan məni sakitləşdirə bilər, etibarımı qazanmağıma kömək ola bilərsən.

15. Özün mükəmməl və ya həmişə müvəffəqiyyətli olduğunu həmişə mənə xatırlatma. Çünki sənin bunların heç biri olmadığını anlayanda bu mənə çox böyük şok olar.

16. Məndən üzr istəməyin sənin əsla etməyəcəyin bir iş olduğunu əsla düşünmə. Dürüstcə üzr istəməyin mənim sənə sürpriz və gözlənilməz şəkildə yaxınlaşmağımı, istiləşməyimi təmin edəcək.

17. Sınağı, yeni şeyləri öyrənməyi, anlamağı, kəşf etməyi çox sevdiyimi əsla unutma. Onsuz ola bilmərəm, alış.

18. Nə qədər tez böyüdüyümü unutma. Mənə uyğunlaşmağın çox çətin olmalıdır, bunu sına.

19. Çox çox sevgi və anlayış olmadan böyüyüb inkişaf etməyəcəyimi unutma, amma bunları sənə söyləməli deyiləm, elə deyilmi?

20. Sağlam ol və idman, məşq et. Sənə ehtiyacım var.

loading...
Offline
  • Şərh №: 1
  • 15 may 2016 07:41
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Tesekkürler......

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər